Modern.az

Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ OLUNDU

Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ OLUNDU

Ölkə

27 Aprel 2026, 23:44

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Modern.az agentliyə istinadən xəbər verir ki, xəbərdarlığa əsasən, aprelin 27-i axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan şimal-qərb və şimal küləyi aprelin 29-dək davam edəcək.

Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 3.5-4.5 metrə çatacağı proqnozlaşdırılır.

Sizə yeni x var
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə