Modern.az

Müğənni Elnarə aparıcılıq edəcək

Müğənni Elnarə aparıcılıq edəcək

Aktual

11 Dekabr 2017, 13:27

Müğənni Elnarə Xəlilova yenidən ekrana qayıdır. Aparıcı kimi də uğur qazanan müğənni bu dəfə Lider telekanlında proqram aparıcılığına başlayır. O, Modern.az-a bildirib ki, yeni televiziya layihəsi “Xeyirli axşamlar” adlanır:

“Layihənin rəhbəri Zərifə Tapdıqqızıdır. Proqram tamaşaçıların züvqünü düşünürək hazırlanır. Layihə maarifləndirici, musiqili-əqləncəlidir. Sözsüz ki, aparıcısı mən olan proqramda səmimiyyət olacaq”.

Elnarə bildirib ki, bir-birindən fərqli rubrikalarla yanaşı proqrama sənət, iş, elm adamları da dəvət olunacaq. Saat yarımlıq “Xeyirli axşamlar” həftəiçi 5 gün, saat 19:30-21:00 arasında efirdə olacaq.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü