Modern.az

Sabahın havası – Bakıda külək əsəcək

Sabahın havası – Bakıda külək əsəcək

Aktual

13 Dekabr 2017, 12:39

Sabaha olan hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, dekabrın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir.

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-12° isti, Bakıda gecə 5-7° isti, gündüz 10-12° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək.

 

Nisbi rütubət 75-85 % olacaq.

 

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var.

 

Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti təşkil edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı