Modern.az

GUAM PA-nın sessiyasında Qarabağ məsələsi qaldırıldı

GUAM PA-nın sessiyasında Qarabağ məsələsi qaldırıldı

Aktual

18 Dekabr 2017, 10:57

“GUAM-a üzv ölkələri ümumi ağrı - ərazi bütövlüyü məsələsi birləşdirir”.
 

APA-nın yerli bürosunun məlumatına görə, bunu Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli Tbilisidə keçirilən GUAM Parlament Assambleyasının 10-cu illik sessiyasında deyib.
 

O bildirib ki, regional təhlükəsizlik strateji əhəmiyyətə malikdir: “Ermənistanın tərəfindən Azərbaycan ərazisinin 20 faizi işğal altındadır və bu torpaqlardan qanunsuz istifadə davam edir. Münaqişə ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən mühüm sənədlər qəbul olunsa da, Ermənistan məhəl qoymur və BMT Təhlükəsizlik Şurasının qətnamələrini qəbul etmir. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı və 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün geri qayıtmalıdır”. 
 

A. Kərimli beynəlxalq ictimaiyyəti münaqişələrin həlli istiqamətində daha aktiv səylər göstərməyə çağırıb. 
 

Deputat Azərbaycanın region və Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfədən də danışıb. O qeyd edib ki, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi tarixi hadisədir. "Bu yol Avropa və Asiya arasında ən qısa və etibarlı yoldur. BTQ kimi layihələr regionun cəlbediciliyini artırır”.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü