Modern.az

Azərbaycana gələn turistlər 1.3 milyard dollar XƏRCLƏYİB

Azərbaycana gələn turistlər 1.3 milyard dollar XƏRCLƏYİB

Aktual

18 Dekabr 2017, 12:23

“Dövlət başçısının turizm sahəsinə verdiyi dəstək, göstərdiyi diqqət və qayğı öz nəticəsini verib”.

 

Modern.az xəbər verir ki, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Beynəlxalq Miqrant Günü ilə bağlı keçirilən tədbirdə deyib.

 

Onun sözlərinə görə ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 11 ayı ərzində Azərbaycana gələn turistlərin sayı 20 faiz artaraq 2 milyon 477 mindən artıq olub.

 

 

Nazir müavini, ölkəmizə gələn xarici turistlər 1.3 milyard dollar xərcləyib, Azərbaycandan xaricə gedən turstlər isə 1.2 milyard dollar xərcləyib:

 

"100 milyon dollar müsbət saldo yaranıb ki, bu da müsbət haldır"- N. Səmədov söyləyib.

 

Nəzrin CAVİD

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü