Modern.az

İnstitutun bir illik fəaliyyəti dəyərləndirildi

İnstitutun bir illik fəaliyyəti dəyərləndirildi

Aktual

18 Dekabr 2017, 20:54

Bu gün AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun  2017-ci ildə aparılan elmi-tədqiqat və təşkilati fəaliyyətinin yekunlarına həsr olunan institutun Elmi şurasının genişləndirilmiş iclası keçirilib. Modern.az xəbər verir ki, akademik Əhliman Əmiraslanov iclası giriş sözü ilə açaraq institutun yaranma tarixi haqqında qısa məlumat verib.

 

O, qeyd  edib ki, “bu institut böyük alim, akademik Cəlal Əliyevin Botanika İnstitutunda əsasını qoyduğu və inkişaf etdirdiyi Bioloji məhsuldarlığın fundamental əsasları şöbəsinin bazasında yaradılıb. Uzun illər o, şöbə statusunda olsa da, mövcud kadr potensialına və əldə olunan mühüm nəticələrə görə institut kimi fəaliyyət göstərib. 2016-cı ilin iyul ayından  müstəqil fəaliyyətə başlayan  institut bu gün bir illk hesabatını verir. İnstitut gənc olsa da, vaxtilə akademik Cəlal Əliyevin rəhbərliyi altında fəaliyyətə başlayan alimlər onun böyük ənənələrini uğurla davam etdirirlər”.

 

Akademik Ə. Əmiraslanov  gündəlikdə duran məsələ ilə tədbir iştirakçıllarını tanış edib.  Sonra  Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun   direktoru, akademik İradə Hüseynova biologiya elminin inkişafında akademik Cəlal Əliyevin əvəzsiz xidmətlərindən danışıb və qeyd edib ki, bu institutun yaradılmasında akademik  Ə. Əmiraslanovun böyük  rolu və dəyərli məsləhətləri olub.

 

O,  institutun bütün kollektivi adından AMEA-nın Biologiya və  Tibb Elmləri Bölməsinin rəhbəri, akademik  Ə. Əmiraslanova dərin minnətdarlığını bildirib.

 

Akademik İradə Hüseynova 2017-ci ildə institutun elmi-təşkilati fəaliyyətini əks etdirən geniş hesabatı təqdim edib.

 

Akademik Ə. Əmiraslanov iclasa yekun vuraraq  institutun bir illik fəaliyyətini çox yüksək qiymətləndirib.

 

Bölmənin rəhbəri qeyd edib  ki, bir il ərzində yüksək impakt faktora malik jurnallarda 21 məqalə dərc etdirilməsi  institutun uğurlu fəaliyyətinin bariz göstəricisidir.

 

O, həmçinin institutun ingilis dilində dərc olunan  elmi əsərlərin ilk toplusunun həm məzmun, həm də tərtibatına görə çox yüksək qiymətləndirib.

 

Akademik qeyd edib ki, bütün bunlar institutun düzgün idarə olunması sayəsində mümkün olub. İnstitutun illik hesabatı yekdilliklə qəbul olunub.

 

Eyni zamanda, Ə.Əmiraslanov Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun  Biologiya və Tibb Elmləri Bölməsinin və həmçinin AMEA-nın digər institutları ilə  molekulyar biologiya istiqamətində birgə tədqiqatların aparılmasını, yeni tədqiqat obyektləri ilə işləməyi  tövsiyyə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü