Modern.az

Eldar və Nigarın qələbəsi münasibətilə marka buraxılıb

Eldar və Nigarın qələbəsi münasibətilə marka buraxılıb

Təhsil

5 İyul 2011, 11:10

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərmarka şirkəti Azərbaycanın “Eurovision 2011” mahnı müsabiqəsində qələbəsinə həsr edilmiş poçt markası təqdim edib.
Modern.az-on məlumatına görə, müsabiqədə qalib gəlmiş Eldar Qasımov və Nigar Camalın fotoşəkillərinin əks olunduğu poçt vərəqi 15 minlik tirajla buraxılıb. Markanın nominal dəyəri isə 1 manat təşkil edir.
Xatırladaq ki, Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı "Eurovision" Mahnı Müsabiqəsində 43 ölkə arasında azərbaycanlı duet Eldar Qasımov və Nigar Camal birinci yeri əldə edərək qələbə qazanıb. 

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü