Modern.az

İlham Əliyev Dünya azərbaycanlılarının III qurultayında nitq söyləyib

İlham Əliyev Dünya azərbaycanlılarının III qurultayında nitq söyləyib

Təhsil

5 İyul 2011, 14:18

İyulun 5-də Bakıda, Heydər Əliyev Sarayında Dünya azərbaycanlılarının III qurultayı öz işinə başlayıb. Qurultay açıq elan edildikdən sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Mərasimdə bildirilib  ki, Dünya azərbaycanlılarının 2006-cı il martın 16-da Bakıda keçirilmiş II qurultayından keçən 5 il ərzində 100-dən çox yeni diaspor təşkilatı yaradılıb, bir sıra regionlarda azərbaycanlı icmaların fəaliyyətini əlaqələndirən yeni qurumlar təsis edilib.
III qurultayda 42 ölkədən seçilmiş 600 nümayəndədən 579 nəfəri, habelə dünyanın 30 ölkəsindən 211 nəfər qonaq qismində iştirak edir. Ən çox nümayəndə və qonaqlarla təmsil olunan ölkələr sırasında Rusiya Federasiyası 155, Türkiyə 101, Ukrayna 49, Almaniya 43, Gürcüstan 41, ABŞ 28, İsveç Krallığı 23, Niderland Krallığı 21, İsrail 17, Özbəkistan 13, Fransa 12, Böyük Britaniya və Şimali İrlandiya Krallığı 11, Kanada 10 nəfərlə təmsil olunublar. Ümumilikdə qurultayda 1872 nəfər iştirak edir.
Qurultay nümayəndələrinin 182 nəfəri xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan icma və birliklərinin rəhbərləridir.
Qurultayda Azərbaycan Respublikasının bütün bölgələrindən olan nümayəndələr də iştirak edir. Azərbaycan Respublikasının dövlət və hökumət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumlar və siyasi partiyalardan 677 nümayəndə və 405 qonaq qurultayda iştirak edir.
Qurultaya ümumilikdə 13 ölkənin parlamentindən 37 deputat qatılıb.
Azərbaycan xalqının tarixində mühüm əhəmiyyətə malik olan bu qurultayın işini 21 xarici ölkədən 37 nəfər, eyni zamanda, respublikamızda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin 163 nümayəndəsi işıqlandırır. Mötəbər tədbirdə xarici ölkələrdən nümayəndə və qonaq qismində 102 nəfər gənc iştirak edir.
Dünya azərbaycanlılarının III qurultayının iştirakçıları arasında vaxtilə Azərbaycanda yaşamış yəhudi, rus, ukraynalı, bolqar, ahıska türkü və digər xalqların xarici ölkələrə miqrasiya etmiş təmsilçiləri də var.
Qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nitq söyləyib.
İlham Əliyev bildidb ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması bu gün qarşıda duran ən vacib məsələlərdəndir. Prezident bildidb ki, beynəlxalq təşkilatların Qarabağ probleminin həlli ilə bağlı müvafiq qətnamələrin icra olunmaması Ermənistanın qeyri-konstruktiv mövqeyi və sülhə yaxın olmamasından irəli gəlir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı