Modern.az

Səfər Əbiyev Soçiyə gedib

Səfər Əbiyev Soçiyə gedib

Təhsil

5 İyul 2011, 15:08

İyulun 5-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Soçiyə yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iclasda Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin silahlı qüvvələri arasında əməkdaşlıq məsələlərinin mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılacaq.

Səfər zamanı müdafiə naziri S.Əbiyevin bəzi MDB ölkələri müdafiə nazirləri ilə görüşləri  gözlənilir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü