Modern.az

Azeronline yüksək sürətli internet təklif edir

Azeronline yüksək sürətli internet təklif edir

Təhsil

5 İyul 2011, 15:28

Şirkət yeni texnologiyaların tətbiqinə başlayıb

Azeronline şirkəti Bakıda yüksəksürətli internet şəbəkəsinin inkişaf etdirilməsinə başlayıb. Artıq iyun ayında paytaxtdakı “Grand Park” şəhərciyinin yüksəksürətli internetə qoşulması üzrə kommersiya layihəsinin istismarına başlanılıb.

Layihə çərçivəsində istehlakçılar  FTTH (Fiber to the Home) texnologiyası ilə internetə qoşulurlar. Bu texnologiya sayəsində  internetə optik lifli kabellər vasitəsilə giriş təmin edilir. Nəticədə hətta 100 Mb/s sürətli internet üçün etibarlı qoşulma təmin edilir.

Azercellə aid olan Azeronline şirkəti hazırda GPON avadanlığının sınaq testlərini yekunlaşdırmaq üzrədir. Bu üsuldan istifadə olunması yüksək sürətli internetin əhatə dairəsini genişləndirməyə, həmçinin şəbəkənin qurulmasını tezləşdirməyə imkan yaradacaq.

FTTH layihəsinin qısa müddət ərzində  tətbiqinə baxmayaraq, artıq bu xidmət istifadəçilər tərəfindən böyük maraqla qarşılanıb. Azeronline şirkəti də öz növbəsində yaşayış komplekslərinin və biznes mərkəzlərinin optik lifli şəbəkələrə qoşulmasını təminatına hazır olduğunu bəyan edib. Yüksək sürətli internet arzusunda olanlar məsələ ilə bağlı fasiləsiz işləyən 012 4904994 nömrəsinə günün istənilən saatında müraciət edə bilərlər.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı