24 yanvar 2019, Cümə axşamı
Ana Səhifə - MƏDƏNİYYƏT - Şairə Xuraman Vəfa bayağı sözlərdən ibarət mahnılara ETİRAZ ETDİ - MÜSAHİBƏ
Şairə Xuraman Vəfa bayağı sözlərdən ibarət mahnılara ETİRAZ ETDİ - MÜSAHİBƏ
29.12.2017, 16:27

Şairə Xuraman Vəfa son zamanlar oxunan mahnıların mətnləri və televiziyalarda hazırlanan verilişlərin mövzuları barədə ciddi və sərt fikirlər deyib. Modern.az-ın məlumatına görə, şairə deyib: 


“Son zamanlar ifa edilən mahnıların mətnləri bərbad vəziyyətdədir. Ümumiyyətlə, musiqi bizim milli sərvətimizdir. Bəzən görürsən ki, tanınmış, hörmət etdiyin, kifayət qədər xalqın sevgisini, rəğbətini qazanmış müğənni elə sözlərə mahnı oxuyur ki, adam bilmir nə desin? Bilmirsən sözü yazanı qınayasan, oxuyanı yoxsa o sözlərə mahnı bəstələyəni. Bu günki musiqilərimizdən çox narazıyam. Baxmayaraq ki, bizim çox zəngin musiqimiz olub. Çox gözəl akademik musiqilərimiz var ki, hətta dünyanın başqa yerlərində belə heyranlıqla dinləyirlər. İndi isə Azərbaycan musiqisi sıradan çıxmaq həddinə gəlib. Mahnılarımızın musiqisində, sözlərində milli ruh yoxdur. Elə mahnılar yaranıb ki, birbaşa insanların zövqünü korlayır. Bu təhlükəli bir haldır. Bayağı sözlərdən ibarət cılız mahnıları təbliğ edənlər Azərbaycan musiqisi ilə dümənçilik edirlər. Məqsəd nədir? Müğənnilər daha çox toyları olsun deyə belə mahnılar sifariş edirlər. Azərbaycan toylarında tarix boyu həmişə bir-birindən gözəl mahnılar oxunub. Mən heç zaman musiqinin,  sənətin belə ucuzlaşıb pula çevrilməsini istəmərəm. Sənət, sənətkarı yaşatmalıdır. Az sayda müğənnilərimiz var ki, onlar öz dəyərlərini hələ də saxlayırlar. Amma çoxluq burulğana qarışıb. Onları ən çox hansı yolla populyar olum, efirlərdə necə çox görünüm maraqlandırır.Mahnı mətnlərindən danışırıq.  Məhəbbət mövzusunun  poeziyamızdaxüsusi yeri var. İndiki məhəbbət “şeirləri” sevgiyə həqarətdir. Bir eşqi bu qədər alçaltmaq, ucuzlaşdırmaq olar? Oxucu və dinləyici ilə musiqi, şeir arasında pərdə olmalıdır. Çılpaq sözlər xalqa lazım deyil. Evimdə oturub rahat musiqiyə qulaq asmaq istəyirəm. Amma çılpaqlıq o qədərdir ki, bu rahatlıqdan da məhrum oluruq. Çünki omahnının sözlər mənim ailəmin içində səsləndirməyəcək dərəcədə biabrçıdır və çılpaqdır.Bu  çılpaqlıqla biz hara gedirik? Sözün də həyası olmalıdır…

- Xuraman xanım, deyirlər dəyərli söz və musiqi oxumaq baha başa gəlir. Maraqlıdır şeirlərinizi oxuyan müğənnilərdən qonarar alırsız? Şeirlərinizin bəlli bir qiymətləndirməsi varmı?


- Mən heç vaxt bu iş üçün qonarar almamışam. Həmişə bir iddiam olub, bunu mənimlə işləyən bəstəkarlarda bilir ki, sözlərimə yazılan mahnını müğənniyə təqdim etmədən öncə mən dinləməliyəm. Əgər orada şeirimdəki hisslərimi çatdıra bilibsə, razılaşıram. Hər ifaçıya da icazə vermirəm sözlərimi oxusun. Mən həmişə dinyəcinin zövqünə oxşamağa çalışmışam. Sözə, musiqiyə dəyər verirəm.


- Tez –tez verilişlərə dəvət alırsız, müxtəlif mövzular qoyulur və qonaqlar dəvət olunur. O verilişlər cəmiyyətimizə nə verir?

- Doğrusunu desək, efirlərin çoxunda boş-boş verlişlər, söhbətlər gedir. Xalq ordan heç bir şey almır. Xalqın ruhunu, könlünü korlayacaq dərəcədədir verilişlərin çoxu. Saatlarla danışırlar amma nə o aparıcıdan, nə də dəvət olunan qonaqlardantamaşaçı  heç bir şey almır. Çünki elə baş-ayaq verlişlər, söhbətlər olur ki, heç kəs danışığına fikir vermir. Yaxşı, samballı verlişlərimiz çox azdır. Onu da deyim ki, indi verilişlərə həddən çox qonaq dəvət edirlər. Qarışıqlıq nəyə lazımdır?5 nəfər olmasın 3 nəfər olsun. Qoy hamı fikrini rahat çatdıra bilsin. Çox qonaq olanda qoyulan mövzu ətrafında müzakirə aparmaqda çətin olur, fikirlər haçalanır, mövzu da məcrasından çıxır. Hətta bəzən tamaşaçı kimi izləyəndə qoyulan mövzular məni təəccübləndirir.İştirak etdiyimə görə özümü qınadığım verlişlər də olub bir neçə dəfə.


- Sizcə hansı mövzular efirlərdə daha çox müzakirə edilməlidir?


- Biz kiminsə acı taleyini efirdə reklam eləməyə qaçmamalıyıq.  Taleləri  müzakirə obyektinə çevirmək doğru deyil fikrimcə. Kiməsə kömək etmək istəyirsənsə, onun həyatını şouya çevirməyəcəksən. Ondan reytinq üçün istifadə etməyəcəksən. Bir də görürsən bacı-qardaş, ər arvad arasında olan neqativ halları çıxardıb müzakirə edirlər. Axi buna dünya baxır.  Kimin ailəsində problem yoxdur ki? O hadisələri müzakirə edənlərin öz ailələrində problem yoxdur? Bizim milli dəyərlərimiz var. Elə şeylər var toxunulmazdır. Ailə bizim xalq üçün önəmli bir dəyərdir. Bizim üçün həmişə ailə müqəddəs hesab olunub. Buna ucuz sosial şoularla xələl gətirmək olmaz. Biz efirlərimizdən nümunəvi ailələri təbliğ etməliyik. Problemli insanlar və ailələr dünyanın hər yerində var. Biz problemi nümunə kimi tamaşaçıya sırımamalıyıq. Bu işlərlə məşğul olan onlarla cəmiyyətlər QHT-lər var. Onlar nə işlə məşğuldurlar? Niyə belə ailələrin durumları ilə məşğul olmurlar? O problemli insanları efirə çıxartmadan əvvəl həımin cəmiyyətlərə yönləndirsinlər. Həmin qurumlar da birbaşa öhdələrinə düşənləri etsinlər. O çirkinlikləri efirə çıxartmaq nəyə lazımdır? Efirlərdə insanları düşündürən, məhəbbət yaradan, maarifləndirən verilişlər hazırlasınlar. Bunu da deyəndə cavab gəlir ki ele layihələrin baxımlılığı yoxdur. Deməli baxımlı olması üçün kiminsə taleyi üzərindən şou yaratmaq lazımdır.


- Sosial media həyatımızın tərkib hissəsinə çevrilib. Necə düşünürsüz sosial mediadan lazımı qədər istifadə edə bilirikmi?


-
Baxır kim necə dərk edir bu sistemi. Biri yeni paltar alır onun şəklini çəkir paylaşır. Biri evində yemək bişirir onu paylaşır. Mən bu sıradan paylaşımların əleyhinəyəm. Salonlarda, yemək masalarının arxasında çəkilən şəkillərin paylaşımını qeyri-etik hesab edirəm. Hələ bunu bir sənət adamı edirsə lap pis. Bu rəzalətdən başqa bir şey deyil. sənətlə məşğul olan qadın ayaqqabılarını soyunub eybəcər şəkildə oynayır. Bu paylaşımda hansı gözəlliyi tapasan? Belə cılız paylaşımlarla özlərini adiləşdirirlər.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Sarkisyan yenidən ictimaiyyət qarşısına çıxdı - FOTO
24.01.2019, 12:51

Sarkisyan yenidən ictimaiyyət qarşısına çıxdı - FOTO

Yüksək keyfiyyətli ali təhsil ocağı – “UNEC-100”
24.01.2019, 12:50

Yüksək keyfiyyətli ali təhsil ocağı – “UNEC-100”

Mehriban Əliyeva Bakıda doğulan üçəmlərin ailəsinə maddi yardım edilməsi barədə göstəriş verdi
24.01.2019, 12:48

Mehriban Əliyeva Bakıda doğulan üçəmlərin ailəsinə maddi yardım edilməsi barədə göstəriş verdi

Abşeronda heyvanlara peyvənd vuruldu
24.01.2019, 12:41

Abşeronda heyvanlara peyvənd vuruldu

Deputatın böyük oğlu İsveçrədə ölən qardaşını gətirməyə getdi   
24.01.2019, 12:39

Deputatın böyük oğlu İsveçrədə ölən qardaşını gətirməyə getdi  

Prezident Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında - YENİLƏNİB
24.01.2019, 12:38

Prezident Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında - YENİLƏNİB

AMEA-da meyvə-tərəvəz yarmarkası açılacaq
24.01.2019, 12:30

AMEA-da meyvə-tərəvəz yarmarkası açılacaq

İTV “Eurovision-2019” üçün mahnı qəbulu elan etdi
24.01.2019, 12:24

İTV “Eurovision-2019” üçün mahnı qəbulu elan etdi

Fransa jurnalından Azərbaycana qarşı TƏXRİBAT
24.01.2019, 12:20

Fransa jurnalından Azərbaycana qarşı TƏXRİBAT

DİM-in sektor müdiri: “Testlərimizdən yararlanıb, bizim  material adı ilə alver edirlər” - MÜSAHİBƏ
24.01.2019, 12:20

DİM-in sektor müdiri: “Testlərimizdən yararlanıb, bizim  material adı ilə alver edirlər” - MÜSAHİBƏ

Hadi Rəcəbli: “Deputatların gördüyü müsbət işlər yaddan çıxır”
24.01.2019, 12:09

Hadi Rəcəbli: “Deputatların gördüyü müsbət işlər yaddan çıxır”

Deputatlar nazirliyi İTTİHAM ETDİLƏR
24.01.2019, 12:00

Deputatlar nazirliyi İTTİHAM ETDİLƏR

Qida Təhlükəsizliyi Agentliyi Türkiyəyə soğan satanlara müraciət etdi
24.01.2019, 11:53

Qida Təhlükəsizliyi Agentliyi Türkiyəyə soğan satanlara müraciət etdi

Azərbaycanda tələbələrin köçürülməsi başlanır
24.01.2019, 11:53

Azərbaycanda tələbələrin köçürülməsi başlanır

Hadi Rəcəbli bəzi jurnalistləri QINADI: “Çox təəssüf”
24.01.2019, 11:41

Hadi Rəcəbli bəzi jurnalistləri QINADI: “Çox təəssüf”

Milli Məclis Azay Quliyevin hazırladığı sənədləri dəyərləndirdi   
24.01.2019, 11:36

Milli Məclis Azay Quliyevin hazırladığı sənədləri dəyərləndirdi  

AzerTelecom “Azerbaijan Digital Hub” proqramını icra edir
24.01.2019, 11:30

AzerTelecom “Azerbaijan Digital Hub” proqramını icra edir

Villası müsadirə olunan deputat telefonları qapadıb   
24.01.2019, 11:30

Villası müsadirə olunan deputat telefonları qapadıb  

Bakıda itkin düşən şəxs tapıldı
24.01.2019, 11:24

Bakıda itkin düşən şəxs tapıldı

“Azərbaycan intibah dövrünü yaşayır” – Hadi Rəcəbli
24.01.2019, 11:15

“Azərbaycan intibah dövrünü yaşayır” – Hadi Rəcəbli

Amerikalı konqresmenlərin azərbaycanlı dostu - Cavid Hüseynov kimdir?   
24.01.2019, 11:11

Amerikalı konqresmenlərin azərbaycanlı dostu - Cavid Hüseynov kimdir?  

Qənirə Paşayeva Avropa təşkilatlarını ittiham etdi
24.01.2019, 11:09

Qənirə Paşayeva Avropa təşkilatlarını ittiham etdi

Kamal Abdullanın “Sehrbazlar dərəsi” ikinci dəfə nəşr olunub
24.01.2019, 11:04

Kamal Abdullanın “Sehrbazlar dərəsi” ikinci dəfə nəşr olunub

Ağcabədidə dəhşətli QƏTL - Polis açıqlama yaydı
24.01.2019, 11:02

Ağcabədidə dəhşətli QƏTL - Polis açıqlama yaydı

Azərbaycanlı deputat AŞPA-da əlillərlə bağlı çağırış etdi
24.01.2019, 11:00

Azərbaycanlı deputat AŞPA-da əlillərlə bağlı çağırış etdi

MİDA sabah 174 güzəştli mənzili satışa çıxarır - Müraciət edənlərin 98 faizi ala bilməyəcək
24.01.2019, 10:50

MİDA sabah 174 güzəştli mənzili satışa çıxarır - Müraciət edənlərin 98 faizi ala bilməyəcək

Gəncədə külli miqdarda narkotik dövriyyədən çıxarıldı
24.01.2019, 10:44

Gəncədə külli miqdarda narkotik dövriyyədən çıxarıldı

Bakı Ali Neft Məktəbində “Yeni nəsil və Yeni təhsil dünyası” adlı təlim
24.01.2019, 10:39

Bakı Ali Neft Məktəbində “Yeni nəsil və Yeni təhsil dünyası” adlı təlim

““Nəsimi ili” humanizm ideyalarının yaşadılmasına bir çağırışdır”
24.01.2019, 10:35

“Nəsimi ili” humanizm ideyalarının yaşadılmasına bir çağırışdır

İsrail postsovet ölkələrinin diplomlarını tanımayacaq
24.01.2019, 10:31

İsrail postsovet ölkələrinin diplomlarını tanımayacaq

Venesuelada ikihakimiyyətlilik davam edir – Ölənlərin sayı artır
24.01.2019, 10:14

Venesuelada ikihakimiyyətlilik davam edir – Ölənlərin sayı artır

Tramp NATO ölkələrini 100 milyard dollar xərcə salıb
24.01.2019, 10:02

Tramp NATO ölkələrini 100 milyard dollar xərcə salıb

Türkiyədə axtarışda olan azərbaycanlılar saxlanıldı - Rusiyaya verildi
24.01.2019, 09:53

Türkiyədə axtarışda olan azərbaycanlılar saxlanıldı - Rusiyaya verildi

Ötən gün Azərbaycan yollarında 2 nəfər öldü
24.01.2019, 09:45

Ötən gün Azərbaycan yollarında 2 nəfər öldü

“Tufan” xidməti-döyüş fəaliyyətinə baş­ladı - FOTO
24.01.2019, 09:40

“Tufan” xidməti-döyüş fəaliyyətinə baş­ladı - FOTO

Ərdoğan Maduronu dəstəklədi: “Yanındayıq!”  
24.01.2019, 09:32

Ərdoğan Maduronu dəstəklədi: “Yanındayıq!”  

Müdafiə Nazirliyi Qarabağ cəbhəsindəki təxribatla bağlı məlumat yaydı
24.01.2019, 09:19

Müdafiə Nazirliyi Qarabağ cəbhəsindəki təxribatla bağlı məlumat yaydı

Putin Venesueladakı çevrilişi dəstəkləmədi
24.01.2019, 09:19

Putin Venesueladakı çevrilişi dəstəkləmədi

Rusiya əhalisi son 10 ildə ilk dəfə azalıb - STATİSTİKA
24.01.2019, 09:06

Rusiya əhalisi son 10 ildə ilk dəfə azalıb - STATİSTİKA

2019-cu ilin trendləri - Bu işlərdən daha çox pul qazana biləcəksiniz   
24.01.2019, 08:43

2019-cu ilin trendləri - Bu işlərdən daha çox pul qazana biləcəksiniz  

İsveçə köçmüş jurnalist: “Ölkəni tərk etmişəm deyə, İsa Qəmbərə münasibətim dəyişməyəcək ki!” - MÜSAHİBƏ
24.01.2019, 08:29

İsveçə köçmüş jurnalist: “Ölkəni tərk etmişəm deyə, İsa Qəmbərə münasibətim dəyişməyəcək ki!” - MÜSAHİBƏ

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
24.01.2019, 08:13

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

AŞPA media xidmətinə dair qətnamə qəbul etdi
24.01.2019, 00:56

AŞPA media xidmətinə dair qətnamə qəbul etdi

Putin Ərdoğanla belə vidalaşdı
24.01.2019, 00:41

Putin Ərdoğanla belə vidalaşdı

Ali Məhkəmənin sabiq sədri həbs edildi
24.01.2019, 00:24

Ali Məhkəmənin sabiq sədri həbs edildi

İran Fars körfəzində yeni neft ehtiyatı aşkarlayıb
24.01.2019, 00:14

İran Fars körfəzində yeni neft ehtiyatı aşkarlayıb

Paşinyan İlham Əliyevlə görüşün detallarını açıqladı
23.01.2019, 23:56

Paşinyan İlham Əliyevlə görüşün detallarını açıqladı

Azərbaycan nefti ucuzlaşdı
23.01.2019, 23:41

Azərbaycan nefti ucuzlaşdı

Ağstafada qayınata kürəkən tərəfindən bıçaqlandı
23.01.2019, 23:27

Ağstafada qayınata kürəkən tərəfindən bıçaqlandı

İlham Əliyevin İsveçrəyə səfəri başa çatdı
23.01.2019, 23:11

İlham Əliyevin İsveçrəyə səfəri başa çatdı

ARXİV