Modern.az

Millət vəkili seçiciləri ilə görüşüb (FOTOLAR)

Millət vəkili seçiciləri ilə görüşüb (FOTOLAR)

Parlament

7 İyul 2011, 18:17

Bu gün millət vəkili, BDU-nun rektoru Abel Məhərrəmov deputat seçildiyi 16 saylı  Yasamal 2-ci seçki dairəsindən 60-a qədər seçicini qəbul edib.

Müraciət edənlərin şikayəti əsasən sosial problemlərlə bağlı olub. Seçicilərin hər birini ayrı-ayrılıqda dinləyən deputat, bəzilərinin problemlərini elə yerindəcə həll edib. Digər məsələlərin yoluna qoyulması üçün isə müvafiq təşkilatlara müraciət edəcəyini bildirib.

Deputatın qərargahından Modern.az-a verilən məlumata görə, seçicilər əsasən Z.Xəlilov, Ə.Qədirli, F.Ağayev, Şahbazi, Mətbuat prospekti, S.Dadaşov, H.Cavid, Ə.Ələsgərov, Ə.Cəmil, A.Abbasov, Salamzadə küçələrinin sakinləri olublar.

Görüşün sonunda bütün seçicilər adından danışan Ə.Qədirli küçəsi ev 163-ün sakini Adil Həmidov onların problemləri ilə davamlı maraqlandığına, sistemli olaraq qəbul edib dinlədiyinə və həll etdiyinə görə millət vəkili Abel Məhərrəmova minnətdarlıq edib.

Görüşdə Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov  da iştirak edib.



 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü