23 yanvar 2018, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - Məleykə Abbaszadə builki buraxılış imtahanlarına AYDINLIQ GƏTİRDİ
Məleykə Abbaszadə builki buraxılış imtahanlarına AYDINLIQ GƏTİRDİ
12.01.2018, 16:37

“Abituriyent” jurnalının xüsusi buraxılışında ümumi (9 illik) təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları ilə tanış olmaq mümkün olacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumatda deyilib.


Bildirilib ki, jurnalda, həmçinin ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, buraxılış imtahanın I və II mərhələləri üçün test tapşırığı nümunələri və qiymətləndirmə meyarları, şagirdlərin yazacaqları inşalara (esselərə) verilən tələblər öz əksini tapacaq.

Nəşr olunacaq jurnaldan DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin “Ön söz”ünü təqdim edirik:

“2008-ci ildən başlayaraq respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurikulumlar) tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilir.

Müasir təhsil proqramlarının istifadə edildiyi digər ölkələrdə olduğu kimi, Azərbaycanda da yeni proqramların tətbiqi təhsilin məzmununun dəyişilməsi, "yaddaş məktəbi"ndən "təfəkkür məktəbi"nə keçilməsi ilə nəticələndi.

Yeni təhsil proqramlarının tətbiqi ilə qiymətləndirmə sahəsində yeni yanaşmaya ehtiyac yarandı. Bu istiqamətdə görülən işlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Əsasnaməsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2013-cü il tarixli 804 nömrəli Fərmanı güclü təkan verdi. Həmin Fərmanla TQDK-ya yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədilə, respublikanın ümumtəhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarını keçirmək vəzifəsi həvalə olundu. TQDK 2013-cü ildən başlayaraq respublikanın ümumtəhsil müəssisələrində (2013-cü ildə V, 2014-cü ildə V və VI, 2015-ci ildə VI və VII, 2016-cı ildə VII və VIII siniflərdə) monitorinq imtahanları keçirdi. Bu imtahanların nəticələri üzərində aparılan tədqiqat işləri əsasında yazı işlərinin (eləcə də esselərin) yoxlanılması prosesini həyata keçirmək üçün yeni qiymətləndirmə mexanizmi işlənib hazırlandı. Qeyd etmək lazımdır ki, yazı işlərinin bu və buna oxşar üsullarla qiymətləndirilməsi beynəlxalq təcrübədə də (Böyük Britaniya, ABŞ, Rusiya, Gürcüstan və s.) mövcuddur. Təklif edilən mexanizm yeni bir metod olaraq 5 ildir ki, respublikamızda qiymətləndirmə sahəsində tətbiq edilir. Alınan nəticələr bu metodun yazı işlərinin qiymətləndirilməsi sahəsində müxtəlif subyektiv təsirlərin aradan qaldırılmasındakı effektivliyi göstərir. Bu mexanizm respublikanın ümumtəhsil müəssisələrinin buraxılış imtahanlarında yazı işlərindən geniş istifadə edilməsinə və onların qiymətləndirilməsinə də imkan verir.

Hazırda IX sinifdə təhsilalanların məzmun standartları üzrə mənimsəmə səviyyələri və bacarıqlarının yoxlanılması yeni qiymətləndirmə vasitələri ilə aparılır.

Fənn kurikulumlarının tətbiqi ilə bağlı olan bütün bu yeniliklər nəzərə alınaraq, 2016/2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) yeni model əsasında həyata keçirilmişdir.

Modelə əsasən buraxılış imtahanı ötən dərs ilində olduğu kimi, iki mərhələdə keçiriləcəkdir. Birinci mərhələdə şagirdlərin oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə açıq (cavablar müəyyənləşdirilib, yazı ilə ifadə olunur) və qapalı (verilən cavab variantlarından bir doğru cavabın seçilməsi) tipli test tapşırıqlarından, inşalardan (esselərdən), riyazi bacarıqları yoxlamaq məqsədilə açıq tipli, ikinci mərhələdə isə hər bir fənn üzrə qapalı tipli test tapşırıqlarından istifadə ediləcəkdir.

Jurnalın bu xüsusi buraxılışında buraxılış imtahanının keçirilməsi qaydası, V-IX siniflər üzrə bilik və bacarıqlar yoxlanılacaq alt standartlar, proqramlar, yeni tapşırıq nümunələri, tapşırıqlar üzrə qiymət¬ləndirmə meyarları, inşa (esse) yazılmasına verilən tələblər, sual kitaçasının titul vərəqi və buraxılış imtahanının ikinci mərhələsinə aid test tapşırıqları nümunələri öz əksini tapmışdır. Ümidvarıq ki, jurnaldakı materiallar müəllimlərə buraxılış imtahanı ilə bağlı işlərini düzgün qurmağa, şagirdlərə isə imtahana səmərəli hazırlaşmağa yardımçı olacaqdır”.


Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar:


· Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;

· Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.

Jurnal aşağıdakı kitabxanalara da göndərilmişdir:

Azərbaycan Respublikası Milli Kitabxanasına;

Ünvan: AZ1000,Bakı,Səbail,Xaqani, 57.

Azərbaycan Respublikası Prezidentinin kitabxanasına;

Ünvan: AZ1005, Bakı, Səbail, Nizami, 58.

Azərbaycan Respublikası Milli Məclisinin kitabxanasına;

Ünvan: AZ1073, Bakı, Səbail, Parlament, 1.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına;

Ünvan: AZ1141, Bakı, Yasamal, Hüseyn Cavid, 31.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Elmi Pedaqoji Kitabxanasına;

Ünvan: AZ1072, Bakı, Nərimanov, Koroğlu Rəhimov 874-cü məhəllə

Bakı Dövlət Universitetinin Elmi kitabxanasına;

Ünvan: AZ1148, Akademik Zahid Xəlilov küçəsi-23 (BDU, əsas bina).

 

 


Namidə BİNGÖL
Xəbərin müəllifi

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
 Almaniya Qarabağdakı erməni separatçılarına viza verməyib - Azərbaycan ALQIŞLADI
23.01.2018, 17:36

 Almaniya Qarabağdakı erməni separatçılarına viza verməyib - Azərbaycan ALQIŞLADI

“Azərbaycan özünü əsl müstəqil ölkə kimi təsdiq edə bilib” - PREZİDENT
23.01.2018, 17:28

Azərbaycan özünü əsl müstəqil ölkə kimi təsdiq edə bilib” - PREZİDENT

Manat və dolların sabahkı MƏZƏNNƏSİ   
23.01.2018, 17:23

Manat və dolların sabahkı MƏZƏNNƏSİ  

Türkiyə “Zeytun budağı” əməliyyatında 2-ci şəhid verdi
23.01.2018, 17:17

Türkiyə “Zeytun budağı” əməliyyatında 2-ci şəhid verdi

Ermənilər Talış kəndində hərbi hissə tikir
23.01.2018, 16:54

Ermənilər Talış kəndində hərbi hissə tikir

Laçınla FOTOSÖHBƏT
23.01.2018, 16:50

Laçınla FOTOSÖHBƏT

Gürcüstanın ərazi bütövlüyü uğrunda vuruşan AZƏRBAYCANLILAR
23.01.2018, 16:48

Gürcüstanın ərazi bütövlüyü uğrunda vuruşan AZƏRBAYCANLILAR

Hansı ölkədə dizel yanacağı daha UCUZDUR...
23.01.2018, 16:25

Hansı ölkədə dizel yanacağı daha UCUZDUR...

“Gigiyena və Epidemiologiya ixtisasları üzrə plan yerlərinin hamısı boş qaldı”
23.01.2018, 16:23

“Gigiyena və Epidemiologiya ixtisasları üzrə plan yerlərinin hamısı boş qaldı”

"Azərişıq" borca görə AMEA-nın işığını kəsib
23.01.2018, 16:19

"Azərişıq" borca görə AMEA-nın işığını kəsib

Bakcell “Socially Devoted” sertifikatına layiq görülüb
23.01.2018, 16:16

Bakcell “Socially Devoted” sertifikatına layiq görülüb

Prokuror Gözəl Bayramlıya 4 il həbs cəzası istədi
23.01.2018, 15:58

Prokuror Gözəl Bayramlıya 4 il həbs cəzası istədi

Azərbaycanlı akademik erməni deputatı ifşa etdi
23.01.2018, 15:45

Azərbaycanlı akademik erməni deputatı ifşa etdi

Milli Məclisin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil ediləcək - ÜZVLƏR   
23.01.2018, 15:34

Milli Məclisin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil ediləcək - ÜZVLƏR  

Cahangir Hacıyevə görə cəzalanan vəkil narazıdır: “Məhkəməyə müraciət edəcəm”   
23.01.2018, 15:33

Cahangir Hacıyevə görə cəzalanan vəkil narazıdır: “Məhkəməyə müraciət edəcəm”  

İlham Əliyev OPEC-in baş katibi ilə görüşdü - YENİLƏNİB
23.01.2018, 15:32

İlham Əliyev OPEC-in baş katibi ilə görüşdü - YENİLƏNİB

Milli Məclis fevralın 1-də toplanacaq: sessiyanın ilk iclasının gündəliyi
23.01.2018, 15:25

Milli Məclis fevralın 1-də toplanacaq: sessiyanın ilk iclasının gündəliyi

UNEC-in İqtisadi Araşdırmalar İnstitutu 2017-ci ili uğurla başa vurub
23.01.2018, 15:17

UNEC-in İqtisadi Araşdırmalar İnstitutu 2017-ci ili uğurla başa vurub

Lənkəranda ana və qızını öldürən şəxs TUTULDU   
23.01.2018, 15:16

Lənkəranda ana və qızını öldürən şəxs TUTULDU  

“Aprel döyüşləri”nin qəhrəman polkovniki Rahim Əliyev
23.01.2018, 15:06

“Aprel döyüşləri”nin qəhrəman polkovniki Rahim Əliyev

Fanatizm və radikalizmə məruz qalanlarla iş aparılacaq - Dini Komitənin sədr müavini ilə MÜSAHİBƏ
23.01.2018, 15:00

Fanatizm və radikalizmə məruz qalanlarla iş aparılacaq - Dini Komitənin sədr müavini ilə MÜSAHİBƏ

“Yəqin ki, o, diqqət çəkmək istəyib” - Məşhur cərraha görə, “özünü əməliyyat edən” həkim olayı şişirdib
23.01.2018, 14:44

“Yəqin ki, o, diqqət çəkmək istəyib” - Məşhur cərraha görə, özünü əməliyyat edən həkim olayı şişirdib

Dindarların sosial şəbəkələrdən istifadəsi haramdır?
23.01.2018, 14:34

Dindarların sosial şəbəkələrdən istifadəsi haramdır?

BDU-da üçtərəfli anlaşma memorandumu imzalanıb
23.01.2018, 14:32

BDU-da üçtərəfli anlaşma memorandumu imzalanıb

Energetika Nazirliyi icazələri “ASAN Xidmət” vasitəsilə verəcək
23.01.2018, 14:22

Energetika Nazirliyi icazələri “ASAN Xidmət” vasitəsilə verəcək

Sumqayıtda 20 top mərmisi tapıldı
23.01.2018, 14:18

Sumqayıtda 20 top mərmisi tapıldı

Azərbaycan niyə Qarabağda antiterror əməliyyatına başlaya bilmir...   
23.01.2018, 14:17

Azərbaycan niyə Qarabağda antiterror əməliyyatına başlaya bilmir...  

Bakıda adambaşına düşən yaşıllıq payı AZALIB
23.01.2018, 14:08

Bakıda adambaşına düşən yaşıllıq payı AZALIB

Tağıyevin imzası ilə olan şəkli muzeyə hədiyyə edildi - FOTO
23.01.2018, 13:59

Tağıyevin imzası ilə olan şəkli muzeyə hədiyyə edildi - FOTO

Erməni kilsəsi türk əsgərinə xeyir-dua verdi
23.01.2018, 13:51

Erməni kilsəsi türk əsgərinə xeyir-dua verdi

Siqaret və spirtli içkilər BAHALAŞACAQ - Ekspertlər hökumətin son qərarını şərh etdilər
23.01.2018, 13:35

Siqaret və spirtli içkilər BAHALAŞACAQ - Ekspertlər hökumətin son qərarını şərh etdilər

BP prezidenti neftin qiymətinə PROQNOZ VERDİ
23.01.2018, 13:32

BP prezidenti neftin qiymətinə PROQNOZ VERDİ

Maşın bazarında qiymətlər qalxıb
23.01.2018, 13:26

Maşın bazarında qiymətlər qalxıb

Türkiyədə azərbaycanlı fahişələr saxlanıldı
23.01.2018, 13:24

Türkiyədə azərbaycanlı fahişələr saxlanıldı

Dövlət qulluğuna qəbul üçün qeydiyyat başlayır
23.01.2018, 13:13

Dövlət qulluğuna qəbul üçün qeydiyyat başlayır

ARXİV
SORĞU
Hansı şirkətlər sosial layihələrə dəstək verir, xeyriyyəçilik edir?
BP Azərbaycan(42%)
SOCAR(14%)
Azersun Holding(10%)
Azercell(4%)
Bakcell(8%)
Nar mobile(2%)
Gilan Holdinq(4%)
Nurgun Group(2%)
Paşa Holding(4%)
Akkord(10%)