Modern.az

“Barselona” Arda Turanı “Başakşəhər”​​​​​​​ə satdı

“Barselona” Arda Turanı “Başakşəhər”​​​​​​​ə satdı

13 Yanvar 2018, 17:23

“Barselona”nın türk futbolçusu Arda Turanın Türkiyənin “Başakşəhər” klubuna keçidi rəsmiləşib.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi bu gün müqavilə bağlamaq üçün İstanbula gedəcək.

"Barselona"nın rəsmi saytı isə Ardanın "Başakşəhər"ə 2.5 illiyə icarəyə verildiyini açıqlayıb.

Qeyd edək ki, 2015-ci ilin yayında 34 milyon avro qarşılığında "Atletiko”dan "Barselona”ya keçən türkiyəli futbolçu bu mövsüm Kataloniya klubunda heç bir rəsmi oyuna çıxmayıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü