Modern.az

Rəsmi Ankaradan ABŞ-a İTTİHAM

Rəsmi Ankaradan ABŞ-a İTTİHAM

Dünya

15 Yanvar 2018, 00:28

Vaşinqtonun Suriyada "sərhəd təhlükəsizliyi qüvvələri" yaratmaq planı yolverilməzdir. Modern.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.


"ABŞ-ın atdığı addımlar terror təşkilatını qanuniləşdirir, bu böyük narahatlıq doğurur. Terrorla istənilən mübarizə aparmaq hüququnu  öz üzərimizdə saxlayırıq. Terror təşkilatları ilə mübarizəmiz istər ölkə daxilində, istərsə də xaricində davam etdiriləcək. Türkiyə təhlükəsizliyinin təmin edilməsi üçün  səylərini əsirgəməyəcək", - deyə İbrahim Kalın qeyd edib.

Bundan əvvəl bildirilmişdi ki, ABŞ-ın İŞİD-ə qarşı rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyada nəzarət etdiyi ərazilərdə «sərhəd təhlükəsizliyi qüvvələri»  yaratmağa başlayıb. 

 

Məlumata görə, bu barədə «Defense Post» nəşrinə koalisiyanın rəsmi nümayəndəsi Tomas Vill bildirib.

 

Alyansın «Suriya Demokratik Qüvvələr» (SDQ) adlanan silahlı qruplaşma ilə birgə çalışdığı bildirilir.

 

«Hazırda, ilkin mərhələdə,  təlimlərə təxminən 230 nəfər cəlb edilib, yekun məqsəd - 30 minlik qüvvə yaratmaqdır», - deyə Tomas Vill vurğulayıb.

 

Onun sözlərinə görə, yeni qüvvələr Suriyanın SDQ-nin nəzarətində olan ərazinin qərb sərhədi boyu, habelə İraq və Türkiyə sərhədləri bou yerləşdiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü