Modern.az

Qəssabdan qaçan öküz yaşlı qadını vurdu

Qəssabdan qaçan öküz yaşlı qadını vurdu

Aktual

19 Yanvar 2018, 22:37

Mingəçevir şəhərində yaşlı qadını öküz vurub. Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin M.Maqomayev prospektində baş verib.

Qəssabdan qaçan öküz yoldan keçən 1963-cü il təvəllüdlü şəhər sakini Hüseynova Təranə Yaqub qızına hücum edib və onu vuraraq yerə yıxıb. Başı asfalta çırpılan qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Qadının bədən nahiyəsi ilə yanaşı kəllə-beyin travması aldığı məlum olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi