Modern.az

Gəlirli hamam özəlləşdirildi - Hərracın NƏTİCƏLƏRİ

Gəlirli hamam özəlləşdirildi - Hərracın NƏTİCƏLƏRİ

Aktual

23 Yanvar 2018, 12:30

Yanvarın 23-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.

Komitədən Modern.az-a verilən məlumata görə, hərracda özəlləşdirilən əmlaklar kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsidir. Həmin obyektlərin fəaliyyətini genişləndirməklə yaxşı qazanc əldə etmək mümkündür. Belə əmlaklardan olan 2 saylı hamam xidmət sahəsində gəlirlidir. Adı çəkilən əmlak Göygöl şəhərində yerləşir, ümumi faydalı sahəsi 500 kv.m-ə yaxın, torpaq sahəsi isə 1500 kv.m-dən çoxdur. Qeyd edilməlidir ki, obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilib.

Özəlləşən əmlaklardan paytaxtın Sabunçu rayonunda yerləşən 4 saylı sahə də əlverişli obyektlərdəndir. Həmin əmlakın ümumi faydalı sahəsi 2 min kv.m-dən çox, torpaq sahəsi isə 4 min 500 kv.m-ə yaxındır.

Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahəsi Kürdəmir rayonunda yerləşir. Həmin əmlakın ümumi faydalı sahəsi 133,2 kv.m təşkil edir.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

//www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r

 

Qeyd edilməlidir ki, prosedurun sadə olması da investorların marağını cəlb edən əsas üstünlüklərdən biridir. Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı