Modern.az

Ermənistan İlham Əliyevin hansı prinsipdən imtina etdiyini açıqladı

Ermənistan İlham Əliyevin hansı prinsipdən imtina etdiyini açıqladı

14 İyul 2011, 12:36

Azərbaycan Prezidenti Minsk Qrupu tərəfindən ölkəmizin ərazi bötövlüyünə xələl gətirən prinsipləri rədd edib

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Azərbaycanı son illərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı  aparılan danışıqlar prosesini pozmaqda ittiham edib. Modern.az erməni XİN-in saytına istinadən bildirir ki, nazir bu barədə London Strateji İslahatlar İnstitutunda çıxışı zamanı deyib.

Həmsədrlər tərəfindən təqdim olunan Madrid prinsiplərinə toxunan Nalbandyan bildirib ki, 2007-ci ilin noyabr ayından 2011-ci ilin iyun ayına qədər vasitəçilər tərəfindən bir neçə işçi variantda təkliflər təqdim edilib.

“Azərbaycan onların heç birinə birmənalı olaraq razılıq vermədi. Ən yaxşı halda Bakı bildirirdi ki, müəyyən variantı bir sıra dəyişikliklərdən sonra qəbul edə bilər”-deyə Nalbandanyan bildirib.

XİN rəhbəri bəyan edib ki, baza prinsiplərinə görə, münaqişə həll olunana qədər Dağlıq Qarabağ beynəlxalq səviyyədə qeydə alınmış aralıq statusu daşıyacaq. Bu statusa görə Dağlıq Qarabağın hazırki strukturu olduğu kimi saxlanılmalıydı. Nalbandyan deyib ki, vasitəçilərin 2009-cu ildə Praqada məhz bu təklifi Azərbaycan Prezidenti İlham Əliyevə təqdim ediblər.

Elmar Məmmədyarovun “elə bü gün sülh danışıqlarına başlayaq” açıqlamasını şərh edən Nalbandyan bildirib ki, bununla da Bakı həmsədrlər tərəfindən baza prinsiplərinin razılaşdırılması üçün təklif etdiklərindən vaz keçərək danışıqlar prosesini iflas etmək istəyir.    

Erməni nazirin bu açıqlamasından bəlli olur ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Kazan görüşündə baza prinsiplərinin razılaşdırılması” barədə “nəğmələri”nin arxasında ölkəmizin ərazi bütövlüyünün pozulmasını reallaşdırmaq cəhdi durub.

Xaqani SƏFƏROĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü