Modern.az

Bakıda keçirilən müsabiqə başa çatdı: Londona təhsil almağa gedən gənc seçildi

Bakıda keçirilən müsabiqə başa çatdı: Londona təhsil almağa gedən gənc seçildi

Təhsil

14 İyul 2011, 12:57

Böyük Britanıyanın bmi aviaşirkəti və “Kaspi” Təhsil Mərkəzi  tələbələr arasında “Londonda təhsil almağın üstünlüyünü izah və misallarla sübut et” mövzusunda ən yaxşı esse müsabiqəsinin nəticələrini elan ediblər. Azərbaycan gəncləri  böyük maraqla 400 min tələbənin təhsil aldığı London şəhərində oxumaq barəsində fikirləri ilə bölüşüblər. Müsabiqədə 18-dən - 30 yaşına kimi olan hər bir şəxs iştirak edə bilərdi. Nəticədə 40 tələbə iyunun 25-də özlərini sınamağa qərar veriblər. Müsabiqənin qalibi ən çox bal toplamış və mövzunu daha dürüst açmış Tural Quliyev olub. Qalibə bmi aviaşirkəti tərəfindən London şəhərinə ekonom dərəcəli bilet təqdim edilib.

İkinci, üçüncü və dördüncü yerlərin sahibləri bmi şirkətinin qiymətli mükafatları ilə təltif olunublar.
“Londonda təhsil – daim geniş perspektivlər vəd edir. Biz “Kaspi” Təhsil Mərkəzi ilə birgə bu layihədə işləməyimizdən və  Azərbaycan tələbələrinə dumanlı Albiyonda təhsil alma imkanları haqqında məlumatlandırmaqdan məmnun olduq ” – bmi Azərbaycan şirkətinin nümayəndəsi Leyli Ələkbərova qeyd edib.

British Midland International (bmi) və “Kaspi” Təhsil Mərkəzi” bütün müsabiqə iştirakçılarına minnətdarlıqlarını bildirib.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir