Modern.az

Türkiyə Afrində 11 şəhid verdi - Yenilənib

Türkiyə Afrində 11 şəhid verdi - Yenilənib

11 Fevral 2018, 00:57

"Zeytun budağı" əməliyyatı zamanı şəhid olan Türkiyə hərbçilərinin sayı artıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.

 

Türkiyə Silahlı Qüvvələrinin məlumatına görə, Suriyanın Afrin bölgəsində keçirilən "Zeytun budağı" əməliyyatı çərçivəsində gün ərzində 11 türk əsgəri şəhid olub. Habelə daha 2 əsgər yaralanıb. Hərbi əməliyyatlar zamanı azı 26 terrorçu zərərsizləşdirilib.

 

 

21:54

 

 

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatında bu gün də şəhid verib. Modern.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin məlumatına görə, bu gün keçirilən hərbi əməliyyatlarda 3 hərbçi həlak olub. Əməliyyat zamanı habelə daha 5 hərbçi yaralanıb.

 

Qeyd edək ki, bu gün helikopterin vurulması nəticəsində daha 2 Türkiyə əsgəri şəhid olub. Türkiyə Silahlı Qüvvələri PKK-nın Suriya qolu PYD və YPG-nin, habelə İŞİD-in azı 15 terrorçusunu zərərsizləşdirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü