Modern.az

TQDK qəbul imtahanlarından narazı qalan abituriyentlərə yol göstərdi

TQDK qəbul imtahanlarından narazı qalan abituriyentlərə yol göstərdi

22 İyul 2011, 11:05

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bəyan edib ki, 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələrindən narazı qalan abituriyentlərin açıq apelyasiya ilə bağlı qeydiyyatı iyulun 26-da və 27-də TQDK-da aparılacaq.
Həmin abituriyentlərin cavab kartlarının qrafik təsvirləri iyulun 27-də saat 14:00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilməyə başlanacaq. Kartın qrafik təsvirinə baxmaq üçün abituriyentlər test imtahanının nəticələri bölməsində öz səhifələrinə daxil olmalıdırlar. Bundan sonra onların hər hansı sualı qalarsa, onlar iyulun 28-də TQDK-da keçiriləcək açıq apelyasiyada əyani olaraq iştirak edə bilərlər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü