Modern.az

Rusiya ölümcül raketlər hazırlayıb – “Qoca qitə”dən həyəcan SİQNALI

Rusiya ölümcül raketlər hazırlayıb – “Qoca qitə”dən həyəcan SİQNALI

Dünya

19 Fevral 2018, 12:46

Rusiya Avropa Təhlükəsizliyinin əsasını təşkil edən orta və uzaq mənzilli raketlər haqqında müqavilənin şərtlərini kobud surətdə pozur. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq deyib.

 

Onun fikrincə, Moskva ilə Brüssel arasındakı gərginlik yeni silah yarışına səbəb olacaq. NATO Baş katibi Moskvadan qaynaqlanan bir neçə təhlükəni də sadalayıb.

“Öz nüvə qüvvələrini modernləşdirməklə və nüvə qüvvələrinin təlimini keçirməklə Rusiya Avropada yeni nüvə yarışının başlanmasına bəhanə verir”.

 

Stoltenberq Moskvanın hazırladığı yeni orta mənzilli raketlərin “qoca qitə” üçün ciddi təhlükə olduğunu xatırladıb.

“NATO-nun bütün partnyorları həyəcan içindədir”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı