Modern.az

Bu ölkədə bəzi dərmanlar ərzaq mağazalarında satılacaq

Bu ölkədə bəzi dərmanlar ərzaq mağazalarında satılacaq

19 Fevral 2018, 18:32

Rusiyada ərzaq mağazalarında reseptsiz verilə bilən dərmanların satışına icazəni nəzərdə tutan qanun ölkədə apteklərin sayının kəskin azalmasına səbəb ola bilər. Bu məsələ ilə bağlı qanun layihəsi 2017-ci ildə hazırlanıb.

 

Mütəxəssislər hesab edir ki, qanun layihəsi qəbul olunacağı təqdirdə əsasən kiçik şəhərlərdə apteklər bağlana bilər.

Qeyd olunur ki, bu qanundan daha çox ərzaq mağazalarının yaxınlığında yerləşən apteklər zərər görəcək.

Qanun layihəsinin müəlliflərinin fikrincə, reseptsiz verilə bilən dərmanların ərzaq mağazalarında satışı dərmanların ucuzlaşmasına gətirib çıxara bilər.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır