Modern.az

Milli Məclis martda üç iclas keçirəcək

Milli Məclis martda üç iclas keçirəcək

20 Fevral 2018, 14:38

Milli Məclisin mart ayında keçiriləcək plenar iclaslarının vaxtı  müəyyənləşib.

Modern.az-ın məlumatına görə, gələn ay parlamentin 3 iclası keçiriləcək.

İclaslar martın 6, 16 və 30-da olacaq.

Martın 16-da Milli Məclisdə hökumətin hesabatı müzakirə olunacaq. 2017-ci ilin yekunlarına dair hesabat məruzəsini Baş nazir Artur Rasizadənin təqdim edəcəyi gözlənilir.

Martın 30-da keçiriləcək xüsusi iclas 1918-ci ildə baş vermiş Azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunacaq.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi