Modern.az

Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi işdən çıxarılıb

Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi işdən çıxarılıb

Aktual

22 Fevral 2018, 15:45

Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyev işdən çıxarılıb.

Modern.az xəbər verir ki, "Report"un məlumatına görə, o, səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Angiologiya şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.

İ.Mirzəliyev artıq yeni vəzifəsinin icrasına başlayıb.

Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi vəzifəsi isə müvəqqəti olaraq xəstəxananın poliklinika şöbəsinin müdüri Hüseyin Şahmalıyevə tapşırılıb.

Qeyd edək ki, İsmayıl Mirzəliyev daha əvvəl Quba Rayon Mərkəzi Xəstəxanasında işləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı