Modern.az

“Çto?, Qde? Koqda?” verilişinin baş direktorunun burnunu sındırıblar

“Çto?, Qde? Koqda?” verilişinin baş direktorunun burnunu sındırıblar

İqtisadiyyat

25 İyul 2011, 13:33

Məşhur “Çto?, Qde? Koqda?” verilişinin baş direktoru İqor Yakimenko döyülüb. Modern.az “Rosbalt” İA-ya istinadən bildirir ki, ötən şənbə onun idarə etdiyi “Mersedes” markalı maşın eyni markalı maşınla toqquşub. Bundan sonra sürücülər arasında mübahisə başlanıb. Mübahisə zamanı naməlum sürücü Yakimenkonun cənəsinə möhkəm zərbə ilə yumruq endirib. Bundan sonra o maşına minərək qaçıb aradan çıxıb. Zərbə nəticəsində burnu sınan verilişin baş direktorunu xəstəxanaya gətiriblər. Hadisə araşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır