Modern.az

Bakıda ABŞ Senatının modeli – “Nüvə təhdidi: Şimali Koreya” mövzusunda SİMULYASİYA

Bakıda ABŞ Senatının modeli – “Nüvə təhdidi: Şimali Koreya” mövzusunda SİMULYASİYA

Aktual

24 Fevral 2018, 17:14

ABŞ - ın Azərbaycandakı səfirliyi ABŞ Təhsilli Azərbaycan Məzunları Ictimai Birliyinin İdarə heyəti üzvü və YLP'13 proqram məzunu Samirə Qasımova və FLEX'15 proqram məzunu Elmir Muxtarov tərəfindən təşkil edilən Amerika Birləşmiş Ştatları Senatının Modeli Konfransına sponsorluq edir.

 

Modern.az saytının məlumatına görə, “Nüvə təhdidi: Şimali Koreya” mövzusunda simulyasiya konfransında iştirak etmək üçün çoxsaylı müraciətlər arasından 50 ştatı (27 respublikaçı, 22 demokrat, 1 müstəqil) təmsil etmək üçün 50 iştirakçı seçilib.

 

Təşkilatçılar hər iştirakçıya təmsil etmək üçün bir senator müəyyən ediblər. Üç gün ərzində “senatorlar” məruzə sessiyalarına qatılacaq, komitədə qanunvericiliyi müəyyənləşdirəcək, partiya müzakirələrində iştirak edəcək, öz ştatlarında olan insanları təmsil edəcək və təyin olunmuş Senatoru mümkün qədər dəqiq təsvir edəcəklər. Konfransın sonunda senatorların mövzunun həllində bir qanun layihəsi qəbul etmələri gözlənilir.

 

Seçilmiş iştirakçıların əksəriyyəti bakalavr tələbələridir, lakin bir sıra orta məktəb şagirdləri, magistr tələbələri və elmi doktor adını almış şəxslər də konfransda iştirak edirlər. Yaş aralığı 13-dən 48-ə qədərdir. Konfrans zamanı iştirakçılar ABŞ senatoru olmağın öhdəliyini hiss edəcək və ölkənin qanunverici sistemini daha yaxşı başa düşəcəklər.

 

Amerika Birləşmiş Ştatları Senat Modeli (MUSS) ABŞ Senatının qanunvericilik prosesini simulyasiya etmək üçün bir platformadır. Bu proqram ABŞ hökumətindəki qanunvericilik prosesinə dair iştirakçıların anlayışlarını yaxşılaşdırmaq və onların siyasi iştirakını təşviq etmək üçün bir proqramdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü