Modern.az

Anasını bıçaqlayan oğul saxlanıldı - Yenilənib

Anasını bıçaqlayan oğul saxlanıldı - Yenilənib

24 Fevral 2018, 22:24

Göygöl şəhərində anasını bıçaqlayan şəxs saxlanılıb. Modern.az  "Report"a istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Əsgərov Rauf Məhərrəm oğlu Göygöl rayon Polis şöbəsinə aparılıb.

Məlum olub ki, sözügedən qadın bir neçə il əvvəl həyat yoldaşı tərəfindən də bıçaqlanıb. O, həmin vaxt Göygöl rayon xəstəxanasında müalicə olunub. Bu dəfə isə qadını böyük oğlu bıçaqlayıb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, qadının iki oğlu var və onların hər ikisi spirtli içki aludəçisidir. Ailə başçısı rəhmətə getdikdən sonra onların dolanışıqlarında çətinliklər yaranıb və qadının hadisəni törədən oğlu da tez-tez anasından içki içmək üçün pul istəyirmiş. Bütün bunlardan təngə gələn ana növbəti belə bir hal yaşanan zaman oğlundan içkini tərgitməsini, hər dəfə ona verəcək pulunun olmadığını deyib. Lakin sərxoş halda olan oğul əsəbi şəkildə bıçağa əl ataraq onu vurub.

Hazırda Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Cərrahiyyə şöbəsində əməliyyat olunan qadının vəziyyəti orta-ağırdır.

 

 

21:54

 

 

Göygöldə bıçaqlanma olub. Modern.az APA-ya istinadən xəbər verir ki, rayon sakini 1959-cu il təvəllüdlü Yusibova Mötəbər İslam qızı qarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Məlumata görə M. Yusibova oğlu tərəfindən bıçaqlanıb.  Belə ki, M. Yusibova oğlunun spirtli içki içməsinə etiraz edərkən, sonuncu tərəfindən bıçaqlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...