Modern.az

350 min afrinli öz torpağına qayıdacaq  - Baş nazirdən AÇIQLAMA

350 min afrinli öz torpağına qayıdacaq  - Baş nazirdən AÇIQLAMA

Aktual

25 Fevral 2018, 15:14

“Suriyanın Afrin bölgəsi PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləndikdən sonra 350 min afrinli öz torpaqlarına qayıdacaq”.

 

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu bu gün Türkiyə baş naziri Binali Yıldırım Murat Rəis sualtı qayığının quraşdırılmasına start verilməsi ilə bağlı keçirilən təntənəli tədbirdə bildirib.

 

Baş nazir deyib ki, terrorçuların zülmü nəticəsində 350 min Afrin sakini illərdir ki, Türkiyəyə sığınıb:

 

"Türkiyə yalnız öz torpaqlarını, sərhədlərinin təhlükəsizliyini qorumur, bölgədə qeyri-sabitliyin aradan qaldırılmasına ciddi töhfə verir".

 

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü