Modern.az

Səudiyyə Ərəbistanı dünyanı təəccübləndirdi

Səudiyyə Ərəbistanı dünyanı təəccübləndirdi

28 Fevral 2018, 16:11

Vəliəhd şahzadə Məhəmməd ibn Salman Səudiyyə Ərəbistanında daha bir yeniliyə imza atıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin mühafizəkar imicini dəyişmək məqsədilə ilk dəfə qadın  və kişilər caz festivalına qatılıblar.Festival ölkənin paytaxtı Ər- Riyadda keçirilib.

 

Bu tədbir həm də ölkədə keçirilən ilk caz festivalı kimi yadda qalıb. Festivala xarici vətəndaşlar da maraq göstərib. Belə ki, Livanın paytaxtı Beyrutdan və ABŞ-ın Orlean şəhərindən turistlər iştirak ediblər.

Gender bərabərliyinə əsaslanan islahatlar ölkədə sürətlə inkişaf etsə də, məhdudiyyətlər hələ də davam edir. Caz festivalı zamanı qadın və kişilər ayrı-ayrı hissələrdən festivalı izləyiblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir