Modern.az

Daha 3 nəfərin prezidentliyə namizədliyi rəsmiləşdi

Daha 3 nəfərin prezidentliyə namizədliyi rəsmiləşdi

Ölkə

10 Mart 2018, 14:37

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Modern.az xəbər verir ki, iclasda Azərbaycanda aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri ilə əlaqədar daha 3 nəfərin prezidentliyə namizədliyinin qeydə alınması üçün sənədlərə baxılıb.

MSK üzvləri Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev, Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev və "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb.

Qeyd edək ki, bundan öncə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyev, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyevin namizədliyini qeydə alınıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü