Modern.az

Kral  15-ci dəfə əməliyyat olunacaq

Kral  15-ci dəfə əməliyyat olunacaq

15 Mart 2018, 00:41

İspaniyanın hazırkı kralı IV Felipenin atası Kral Xuan Karlos de Burbon növbəti, 15-ci dəfə əməliyyat masasına çıxacaq. Bu dəfə 80 yaşlı kralın sağ dizindəki protez dəyişdiriləcək.

Əməliyyata səbəb 2011-ci ildə ayağına taxılmış protezin onu yenidən incitməsi və sərbəst hərəkətində ciddi çətinlik yaratmasıdır.

Kralın sağ dizi 1991-ci ildə qarda xizək sürərkən aldığı travmadan zədələnib və bu səbəbdən bir neçə dəfə əməliyyat olunub. Ümumilikdə, kral bel və ayaqlarından 13 dəfə əməliyyat olunub. İlk həkim bıçağı ilə isə körpə yaşlarında appendisitdən

əməliyyat zamanı tanış olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı