Modern.az

Dünyanın ən ucuz və ən bahalı şəhəri açıqlandı

Dünyanın ən ucuz və ən bahalı şəhəri açıqlandı

15 Mart 2018, 23:20

2018-ci ildə dünyanın ən ucuz şəhəri Suriyanın paytaxtı Dəməşq olub.

 "The Economist Intelligence Unit" adlı tədqiqatın nəticələrinə əsasən, 2018-ci ildə dünyanın ən ucuz və ən bahalı şəhərlərinin adı məlum olub.

Modern.az xəbər verir ki, siyahıya görə, dünyanın ən ucuz şəhəri Suriyanın paytaxtı Dəməşq olub.

Ucuz şəhərlərin yer aldığı  beşlikdə Karakas (Venesuela), Alma-Ata (Qazaxıstan), Laqos (Nigeriya) və Banqalor (Hindistan) kimi şəhərlərin də adına rast gəlmək olar. 

Ən bahalı şəhərlər siyahısına Sinqapur başçılıq edib. Onun ardınca Paris, Sürix, Honkonq və Oslo qərarlaşıb.

Siyahı hazırlanan zaman Nyu-Yorkdakı həyat tərzi səviyyəsi əsas götürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı