Modern.az

Mərkəzi Seçki Komissiyası mətbuat nümayəndələrindən ARXAYINDIR 

Mərkəzi Seçki Komissiyası mətbuat nümayəndələrindən ARXAYINDIR 

19 Mart 2018, 12:38

“Seçkilərin şəffaf keçirilib-keçirilmədiyini müşahidəçilər və mətbuat orqanları üzə çıxarır. Seçkinin şəffaf keçirilməsi üçün siyasi iradə olmalıdır. Azərbaycanda da seçkilərin şəffaf keçirilməsi üçün bütün imkanlar yaradılıb”.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası prezidentinin seçkilərində kütləvi informasiya vasitələrinin rol və vəzifələrinə həsr edilən seminar-müşavirədə Mərkəzi Seçki Komisiyasının sədri Məzahir Pənahov deyib.

 

MSK sədri bildirib ki, ölkədə gedən prosesləri maraqlı tərəflər izləyirlər.

 

“Bütün dünyada belədir. Bu maraqlar mənfi də ola bilər, müsbət də. Kütləvi informasiya vasitələrinin nümayəndələrinin üzərinə də məsuliyyət düşür. Azərbaycanda jurnalistlər son 20 ildə kifayət qədər təcrübə toplayıblar.

 

Mərkəzi Seçki Komissiyası kütləvi informasiya vasitələrinin nümayəndələrindən arxayındır. Prezident seçkilərində jurnalistlərə bütün şərait yaradılacaq".

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü