Modern.az

Zakir Həsənov müalicə olunan əsgərlərə baş çəkib

Zakir Həsənov müalicə olunan əsgərlərə baş çəkib

Aktual

19 Mart 2018, 15:53

Müdafiə Nazirliyinin rəhbər heyəti Novruz bayramı ilə əlaqədar Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.

Nazirliyin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, əvvəlcə hərbi tibb müəssisəsinin həyətində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, ehtiram ifadə edilib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov hospitalda müalicə alan şəxsi heyətlə görüşərək onların səhhəti ilə maraqlanıb. Hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları arzu olunub.

Hospitalın kollektivi ilə görüşən müdafiə naziri onları bayram münasibətilə təbrik edib, uğurlar diləyib və müvafiq tapşırıqlar verib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü