Modern.az

Kataloniyadakı aksiyada 52  nəfər yaralandı

Kataloniyadakı aksiyada 52  nəfər yaralandı

Dünya

26 Mart 2018, 12:01

Kataloniyada müstəqillik tərəfdarlarının keçirdiyi aksiyada 52 nəfər yaralanıb.

 

Modern.az xarici mediaya  istinadən xəbər verir ki, Kataloniya Muxtar İdarəsinin sədri Karles Puiqdemontun Almaniyada nəzarətə alınması müstəqillik tərəfdarlarının ciddi narazılığına səbəb olub. Müstəqillik tərəfdarı olan partiya və  qeyri-hökümət təşkilatlarının çağırışı ilə on minlərlə insan Barselona, Jirona və Tarraqona şəhərlərində küçələrə çıxıb.

 

Məlumatda qeyd edilir ki, aksiyada 56000 nəfər iştirak edib. Polisin müdaxilə etməyə  cəhd göstərməsi  qarşıdurmalara səbəb olub. Nəticədə, dördü polis olmaqla, 52 nəfər yaralanıb. Hadisənin təşkilatçılarından 3 nəfərin həbs olunduğu bildirilir.

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı