Modern.az

Keçmiş naziri də Putin öldürtdürüb – Vaşinqtondakı müəmmalı ölüm haqda yeni İDDİALAR

Keçmiş naziri də Putin öldürtdürüb – Vaşinqtondakı müəmmalı ölüm haqda yeni İDDİALAR

28 Mart 2018, 09:41

ABŞ xüsusi xidmət orqanları “Qazprom-media” şirkətinin sabiq başçısı, Rusiyanın keçmiş mətbuat naziri Mixail Lesinin Vaşinqtonda muzdlu qatillər tərəfindən öldürülməsi haqda informasiyaya malikdir.

 

Modern.az saytının məlumatına görə, bu haqda ABŞ-ın nüfuzlu “Buzzfeed” nəşri məlumat yayıb.

 

Qeyd edək ki,  Mixail Lesin 2015-ci ilin noyabrın 5-də Vaşinqtonda “Dupont” mehmanxanasının otağında ölü tapılmışdı. Onun ürək tutmasından öldüyü bildirilirdi.

 

Ürək tutmasına səbəb isə yüksək dozada alkoqollu içki qəbul etməsi göstərilirdi.

 

Lakin indi Lesinin bədbəxt hadisə nəticəsində deyil, bilərəkdən öldürüldüyü bildirilir. Məsələ ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FBI) xahişi ilə Britaniya kəşfiyyatının sabiq əməkdaşı Kristofer Stil tərəfindən araşdırılıb.

 

Britaniya xüsusi xidmət orqanının keçmiş agenti Kristofer Stil iddia edir ki, Rusiya prezidenti Vladimir Putin özünə yaxın olan oliqarxlardan birinə tapşırıb ki, Mixail Lesinin dərsini versin.

Onun sözlərinə görə, Mixail Lesin muzdlu qatillər tərəfindən aldığı travmalardan ölüb.

 

Qeyd olunur ki, Stilin iş ortağı Kris Borrouz məlumatla bağlı şərh verməkdən imtina edib.

 

FBI-nın rəsmi nümayəndəsi Endrü Eyms isə Mixail Lesinin ölüm şəraiti ilə bağlı məxfi hesabatın olub-olmamasını nə inkar, nə də təsdiq edib.

 

Qeyd edək ki, hazırda Qərblə Rusiya arasında diplomatik gərginlik özünün pik həddinə çatıb. Səbəb isə Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı Yuliya Skripalın Londonda zəhərlənməsidir.

Britaniya tərəfi bu hadisəyə görə Rusiyanı ittiham edir və qeyd olunur ki, sabiq casus və qızı “Noviçok” maddəsi ilə zəhərlənib.

 

Rusiya isə ittihamları rədd edir. Hadisədən sonra Britaniya Rusiya diplomatlarını ölkədən qovub. Bunun ardınca da Amerika, Fransa, Almaniya, Avstraliya da rus diplomatların ölkədən çıxarılması haqda qərar çıxarıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir