Modern.az

Bakıda Pakistanın milli bayramı keçirilib

Bakıda Pakistanın milli bayramı keçirilib

Aktual

28 Mart 2018, 20:37

Bu gün Bakıda Pakistan İslam Respublikasının Milli Gününün 78-ci ildönümü münasibəti ilə rəsmi tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə diplomatik korpus və dövlət qurumlarının nümayəndələri, millət vəkilləri iştirak edib. Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

 

Tədbirdə çıxış edən Pakistanın Azərbaycandakı səfiri Said Mohmand Xan Azərbaycan-Pakistan əlaqələrindən danışıb. O bildirib ki, iki ölkə arasında münasibətlər yüksək səviyyədədir.

 

"Bizim yüksək səviyyədə ticarət, diplomatik, müdafiə, təhsil, enerji sahəsində əlaqələrimiz var. Azərbaycanın Kəşmir məsələsində Pakistana dəstək  olduğu kimi  biz də Dağlıq Qarabağ məsələsi ilə bağlı həmişə Azərbaycanın yanındayıq".

 

Daha sonra çıxış edən iştirak edən Əmək və Sosial Müdafiə naziri Səlim Müslümov Azərbaycan prezidenti İlham Əliyevin Pakistan xalqına təbriklərini  çatdırıb. O Pakistanın Azərbaycan üçün son dərəcə  mühüm bir ölkə olduğunu deyib: "Təsadüfi deyil ki, Azərbaycan müstəqilliyini elan etdikdən sonra onu müstəqil dövlət kimi tanıyan ilk üç dövlət sırasında  Pakistan olub.  Həmçinin Pakistan dünyada ermənistanı dövlət kimi tanımayan yeganə dövlətdir. Hazırda hər iki ölkəni möhkəm siyasi tellər bağlayır. Kəşmir və Dağlıq Qarabağ məsələlərində hər iki ölkə bir-birinin yanındadır və bir-birini dəstəkləyir".

 

İki ölkə arasında mədəni, siyas və hərbi sahədə  əlaqələrin  yüksək səviyyədə olduğunu xatırladan nazir deyib ki,  iqtisadi əlaqələrin də bu səviyyəyə qalxması çox arzulanır.

 

"Ölkələrimiz arasında ticarət dövriyyəsinin 10 milyon dollar civarında olması yaxşı deyil və iqtisadi əlaqələrin artırılması,  ticarət dövriyyəsinin yüksəldilməsi üçün addımlar atılmalıdır. Bildiyimə görə, yaxın iki ay ərzində Pakistan-Azərbaycan  arasında birbaşa hava əlaqələri yaradılacaq. Belə əlaqənin açılması iki xalqın birləşməsi üçün böyük körpü rolunu oynayacaq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü