Modern.az

Abituriyentlər üçün ilk sınaq imtahanı keçirilib - YENİLƏNİB

Abituriyentlər üçün ilk sınaq imtahanı keçirilib - YENİLƏNİB

Aktual

1 Aprel 2018, 14:50

Bu gün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün respublikanın 18 şəhər və rayonunda sınaq imtahanı keçirilib.

 

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün 23579 abituriyent qeydiyyatdan keçib. İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub. İmtahan iştirakçılarına öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün imtahan mərkəzlərində zəruri şərait yaradılıb.

 

Aprelin 2-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahanın nəticələrinin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

 

***

saat 09:00

Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün bu gün 18 şəhər və rayonda sınaq imtahanları keçirir.

 

DİM-dən Modern.az-a verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Sumqayıt, Mingəçevir, Şəki, Qəbələ, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, İmişli, Şirvan, Lənkəran, Masallı, Xaçmaz şəhər və rayonlarında, ümumilikdə 49 binada təşkil olunacaq.

 

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 23579 abituriyent qeydiyyatdan keçib.

 

 

Sınaq imtahanı 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlanacaq.

 

İmtahanların idarə edilməsi üçün 147 imtahan rəhbəri, 1408 nəzarətçi-müəllim ayrılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı