Modern.az

Abituriyentlərin NƏZƏRİNƏ: sınaq imtahanlarının cavabları 3 günə AÇIQLANACAQ

Abituriyentlərin NƏZƏRİNƏ: sınaq imtahanlarının cavabları 3 günə AÇIQLANACAQ

Təhsil

2 Aprel 2018, 12:13

Aprelin 1-də keçirilən sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri ) istifadə edilmiş test tapşırıqlarının doğru cavab etalonları dərc olunub.

Sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri ) istifadə olunmuş test tapşırıqlarının doğru cavab etalonları ilə  buradan tanış ola bilərsiniz.

 

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin yaxın 3 gün ərzində elan olunması nəzərdə tutulur.

 

İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır