Modern.az

Azərbaycan neftinin SON QİYMƏTİ

Azərbaycan neftinin SON QİYMƏTİ

İqtisadiyyat

4 Aprel 2018, 23:30

 

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 3-də 69,86 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 0,17 dollar/barel azdır.

Modern.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

Qeyd edək ki, Pasxa bayramı ilə əlaqədar martın 30-dan aprelin 2-dək birjalarda sövdələşmələr həyata keçirilməyib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 3-də 69,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,14 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 3-də 64,85 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,42 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə aprelin 3-də 67,04 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,28 dollar/barel azdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır