Modern.az

Fazil Məmmədov infarkt keçirib? - AÇIQLAMA  

Fazil Məmmədov infarkt keçirib? - AÇIQLAMA   

Aktual

6 Aprel 2018, 08:56

Dünən bəzi KİV-lər sabiq vergilər naziri Fazil Məmmədovun infarkt keçirməsi barədə məlumat yayıb. Məlumata görə, Fazil Məmmədov Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.

Modern.az-ın əməkdaşı faktı dəqiqləşdirmək üçün  Mərkəzi Gömrük Hospitalı ilə əlaqə saxlayıb.

Hospitaldan bildirilib ki, bu xəstəxanaya Fazil Məmmədov adında xəstə yerləşdirilməyib.

F.Məmmədovun özü isə bizimyolinfo.com-a açıqlamasında məlumatın yalan olduğunu bidirib.

“Bunlar əsassız, yalan, uydurma məlumatdır. Mən infarkt keçirməmişəm. Səhhətim normaldı. Belə məlumatlar hardan, kim tərəfindən ötürülür, bilmirəm. Bununla neçənci dəfədir haqqımda yalan informasiya yayılır, bəsdirin artıq”,- deyə Fazil Məmmədov bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü