Modern.az

Milli Məclisin komitə sədri: “Sahibkarlara, oliqarxlara, iş adamalarına çağırış edirəm...”

Milli Məclisin komitə sədri: “Sahibkarlara, oliqarxlara, iş adamalarına çağırış edirəm...”

Parlament

7 Aprel 2018, 10:01

““Təhsil kreditləri haqqında”hazırlanacaq yeni qanun layihəsi zamanın sifarişidir. Artıq Milli Məclisin Elm və təhsil komitəsi bu istiqamətdə materiallar toplayır, dünya təcrübəsini öyrənir . Biz yaxın vaxtalarada bu qanunun hazırlanmasına başlayacağıq. Eyni zamanada “Peşə təhsili haqqında” qanun qəbul edildikdə sonra “Orta ümumtəhsil məktəbləri haqqında”qanun layihəsi hazırlanacaq. Hesab edirəm ki, payız sessiyasına qədər bu qanun layihələri üzərində işlər yekunlaşacaq və sentyabrda müzakirəsi keçiriləcək”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

Komitə sədri bildirib ki, Təhsil Nazirliyinin nəzdində “Maarifçi” Tələbə Kredit Fondu fəaliyyət göstərir.

“Məndə olan məlumata görə, 400-dən çox tələbəyə bu fond vasitəsilə kredit verilib. Onu da deyim ki, “Maarifçi” Tələbə Kredit Fondunun maliyyə imkanaları geniş deyil. Mən sahibkarları, oliqarxları, iş adamalarını çağırıram ki, “Maarifçi” Tələbə Kredit Fonduna maliyyə yatırsınlar. Tələbələr universiteti bitirib işə başlayarkən həmin pulları hissə-hissə geri qaytaracaqlar. Bu yatırımı etməklə sahibkarlarımız yeni nəsilin timsalında ölkəmizin inkişafına kömək etmiş olacaqlar. Ümid edirəm ki, bundan xəbər tutan sahibkarlarımız “Maarifçi”Tələbə Kredit Fonduna yatırım qoyacaqlar”.
 

Deputat bildirib ki, “Təhsil kreditləri haqqında” qanun layihəsi ilə bakalavr pilləsində təhsil alanlarla yanaşı, magistr və doktorantlara da təhsil kreditlərinin verilməsi təmin ediləcək.


“Məlum üçün deyim ki, “Elm haqqında” qanunda doktorantların təhsil kreditlərindən istifadə etməsinə görə, ayrıca bənd var . Bu, çox vacib bir işdir. Biz çalışacağıq ki, bu sənədi növbəti təhsil ilinə qədər hazırlayıb ortaya qoyacağıq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır