19 iyul 2018, Cümə axşamı
Ana Səhifə - İQTİSADİYYAT - Nazirlik: Bu il tərəvəzçilikdə yüksək məhsuldarlıq gözlənilir
Nazirlik: Bu il tərəvəzçilikdə yüksək məhsuldarlıq gözlənilir
16.04.2018, 10:49

Bu il Azərbaycanda tərəvəzçilikdə yüksək məhsuldarlıq gözlənilir. Bu barədə Modern.az-a Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadə bildirib.
 

Nazirlik rəsmisinin sözlərinə görə, tərəvəzçilkdə məhsuldarlıq göstəricisi ilbəil yüksəlir:

“Bunun iki əsas səbəbi var. Birinci səbəb odur ki, fermerlər lazımi aqrotexniki qaydalara getdikcə daha yaxşı əməl edə bilirlər, məhsul yetişdirmə prosesini tələb olunan normalara uyğun aparırlar. İkinci səbəb isə hazırda örtülü torpaq sahələrində, o cümlədən də istixana şəraitində faraş tərəvəz istehsalı sürətlə genişləndirilir. Bilirsiniz ki, bu üsulla istehsal yüksək məhsuldarlığa malikdir ki, bunun da hesabına ümumi tərəvəz istehsalı üzrə orta məhsuldarlıq artır.

Tərəvəz istehsalında yüksək artım bu ilin birinci rübündəki rəqəmlərdən də görünür. Yanvar-mart ayları ərzində tərəvəz istehsalı 28,3 faiz artıb ki, bununla da ümumi bitkiçilik dəyər ifadəsində 63,2 faiz çox olub”.

 

F.Fikrətzadə hazırda istehlakçıların narazılığına səbəb olan məsələyə - soğanın bahalaşmasına da münasibət bildirib:

“Təbii ki, məhsuldalıq da bu il yüksək olacaq, məhsul istehsalı da artacaq. Ancaq niyə hesab edirsiniz kartofun, soğanın qiyməti enməldir? Axı həm kartofun, həm də soğanın qiyməti hətta devalvasiyadan əvvəlki dövrlə müqayisədə də demək olar ki, aşağıdır. Elə yeri gəlmişkən, mətbuatda səsləndirlir ki, soğanın qiyməti artır. Ancaq nəzərə alınmır ki, soğanın qiyməti artmır, sabitləşir. Keçən il məhsuldarlığın kəskin artımına  görə fermerlər soğanı az qala mayasından da aşağı qiymətə satmağa məcbur olmasını işıqlandırmağınız yaddan çıxıb? Yəni keçən il soğanın qiyməti fermerləri ziyana salacaq həddə aşağı idi. Çünki bazara məhsul təklifi yerli istehsalın hesabına birdən-birə kəskin şəkildə artmışdı, bu da qiymətə təzyiq edərək aşağı salmışdı. Buna görə də dövlət orqanları və sahibkarlar təklifin artıqlığını ixrac bazarları hesabına aradan qaldırmaq üçün birgə fəaliyyət göstərdi. Nəticədə ötən il Azərbaycandan soğan ixracı tarixi rekord həddə yüksəldi, təklifdə yaranan artıqlıq tədricən aradan qaldırıldı. İdxal isə demək olar ki, sıfır həddinə düşdü. Bunun hesabına da soğanın qiyməti tədricən stabilləşdi. Ancaq soğanın qiyməti yenə də əvvəlki illərlə müqayisədə yüksək deyil, hələ əksinə, bir az da aşağıdır”.

 

Şöbə müdiri eyni zamanda qeyd edib ki, hazırda Azərbaycanın kartofla özünütəminat səviyyəsi təqribən 89 faizdir:

“2017-ci ildə ölkəmizdə 913,9 min ton kartof istehsal olunub. Ümumi istehsaldan 160,7 min ton idxal, 57,6 min ton faraş kartof isə ixrac olunub.

Hazırda bazarlarda istehlakçılara təklif edilən təzə kartoflar demək olar ki, yalnız yerli istehsaldır. Yeri gəlmişkən, Azərbaycandan elə məhz faraş kartofun ixracı həyata keçirilir.

2017-ci ildə ölkəyə 14 ölkədən 160 min ton kartofun idxal olunub. Ancaq əsas idxal mənbəyi İran, Gürcüstan, Rusiya və qismən də Türkiyədir. 2017-ci ildə  İrandan 50 min ton, Gürcüstandan 40,9 min ton, Rusiyadan 43,1 min ton və Türkiyədən 15,4 min ton kartof idxal olunub. Avropa ölkələrindən əsasən toxumluq kartof alınır. Yeri gəlmişkən, hazırda İsrail şirkətləri və FAO layihəsi ilə birgə müasir standartlara uyğun yerli toxum təsərrüfatımız yaradılır. Bunun hesabına kartof toxumu idxalı da kəskin şəkildə azalacaq”.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Fədayə Laçının səhhəti pisləşdi
19.07.2018, 00:06

Fədayə Laçının səhhəti pisləşdi

“Bizi çətin oyununun gözlədiyini bilirik” - Baş məşqçi
18.07.2018, 23:48

“Bizi çətin oyununun gözlədiyini bilirik” - Baş məşqçi

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
18.07.2018, 23:34

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Şimali Kipr sahillərində 19 miqrant batdı
18.07.2018, 23:27

Şimali Kipr sahillərində 19 miqrant batdı

Allahşükür Paşazadə İtaliya prezidenti ilə görüşüb
18.07.2018, 23:14

Allahşükür Paşazadə İtaliya prezidenti ilə görüşüb

“Qarabağ” II təsnifat mərhələsində  – Yenilənib
18.07.2018, 22:56

“Qarabağ” II təsnifat mərhələsində  – Yenilənib

Rusiya dünya çempionatından 11 milyard dollar qazandı
18.07.2018, 22:40

Rusiya dünya çempionatından 11 milyard dollar qazandı

Dənizdə 4 nəfər batmaqdan xilas edilib
18.07.2018, 22:27

Dənizdə 4 nəfər batmaqdan xilas edilib

Kılıçdaroğlunun köməkçisi istefaya getdi
18.07.2018, 22:12

Kılıçdaroğlunun köməkçisi istefaya getdi

İtaliyalı nazir “Dostluq” ordeni ilə təltif olunub
18.07.2018, 22:01

İtaliyalı nazir “Dostluq” ordeni ilə təltif olunub

İtaliya prezidenti “Heydər Əliyev”, qızı isə “Şöhrət” ordeni aldı
18.07.2018, 21:36

İtaliya prezidenti “Heydər Əliyev”, qızı isə “Şöhrət” ordeni aldı

Macarıstan BMT-nin miqrasiya razılaşmasından imtina etdi
18.07.2018, 21:19

Macarıstan BMT-nin miqrasiya razılaşmasından imtina etdi

Azərbaycan hərbçiləri NATO təlimlərinə qatılacaq
18.07.2018, 21:07

Azərbaycan hərbçiləri NATO təlimlərinə qatılacaq

20 ildə 796 923  partlamamış hərbi sursat zərərsizləşdirilib
18.07.2018, 20:50

20 ildə 796 923  partlamamış hərbi sursat zərərsizləşdirilib

İtaliya ilə enerji sahəsində əməkdaşlıq müzakirə olunub
18.07.2018, 20:39

İtaliya ilə enerji sahəsində əməkdaşlıq müzakirə olunub

Şəhərin 90 faizi azad edildi
18.07.2018, 20:29

Şəhərin 90 faizi azad edildi

UNEC-in gənc startapçıları yay düşərgəsində - FOTO
18.07.2018, 20:14

UNEC-in gənc startapçıları yay düşərgəsində - FOTO

“Torpaqlarımız işğaldan azad edildikdə ANAMA-nın üzərinə böyük iş düşəcək” – Fuad Ələsgərov
18.07.2018, 20:02

“Torpaqlarımız işğaldan azad edildikdə ANAMA-nın üzərinə böyük iş düşəcək” – Fuad Ələsgərov

Şimali Kipr sahillərində gəmi-bərə batdı-16 ölü, 30 itkin
18.07.2018, 19:58

Şimali Kipr sahillərində gəmi-bərə batdı-16 ölü, 30 itkin

Zakir Həsənov ATƏT sədrinin şəxsi nümayəndəsi ilə görüşdü
18.07.2018, 19:48

Zakir Həsənov ATƏT sədrinin şəxsi nümayəndəsi ilə görüşdü

Bu il Azərbaycanda 16 dini icma dövlət qeydiyyatına alınıb
18.07.2018, 19:38

Bu il Azərbaycanda 16 dini icma dövlət qeydiyyatına alınıb

“Barselona”nın futbolçusu məscid tikdirəcək
18.07.2018, 19:27

“Barselona”nın futbolçusu məscid tikdirəcək

Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibi dəyişdirilib
18.07.2018, 19:16

Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibi dəyişdirilib

“Avroviziya”ya ilkin razılıq verən ölkələr müəyyənləşdi
18.07.2018, 19:06

“Avroviziya”ya ilkin razılıq verən ölkələr müəyyənləşdi

Trampın istəyi: Daha bir ölkə hərbi xərclərini artırır
18.07.2018, 19:00

Trampın istəyi: Daha bir ölkə hərbi xərclərini artırır

Aleksis Sançes ABŞ-a buraxılmadı
18.07.2018, 18:49

Aleksis Sançes ABŞ-a buraxılmadı

Xəzərdə 58 yaşlı kişi boğulub
18.07.2018, 18:42

Xəzərdə 58 yaşlı kişi boğulub

ANAMA 20 il ərzində 53 min ha ərazini minalardan təmizləyib
18.07.2018, 18:30

ANAMA 20 il ərzində 53 min ha ərazini minalardan təmizləyib

İlham Əliyev: "Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir"
18.07.2018, 18:20

İlham Əliyev: "Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir"

Məmmədyarov italiyalı həmkarı ilə görüşüb          
18.07.2018, 18:10

Məmmədyarov italiyalı həmkarı ilə görüşüb      

“Asan nömrə”lərin aylıq ödənişi niyə artırıldı? - Azercell AYDINLIQ GƏTİRDİ
18.07.2018, 18:01

“Asan nömrə”lərin aylıq ödənişi niyə artırıldı? - Azercell AYDINLIQ GƏTİRDİ

Saakaşvilinin appelyasiya şikayəti qəbul olunmadı
18.07.2018, 17:55

Saakaşvilinin appelyasiya şikayəti qəbul olunmadı

Bu il Bakıda 40 min piyada cərimələnib
18.07.2018, 17:47

Bu il Bakıda 40 min piyada cərimələnib

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
18.07.2018, 17:34

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

Nazpəri Dostəliyeva fəlsəfə doktoru oldu
18.07.2018, 17:30

Nazpəri Dostəliyeva fəlsəfə doktoru oldu

ARXİV