Modern.az

“Koroğlu” stansiyasının bir giriş-çıxışı bağlanır  

“Koroğlu” stansiyasının bir giriş-çıxışı bağlanır   

Aktual

19 Aprel 2018, 15:35

Təmir işləri ilə əlaqədar Bakı Metropoliteninin “Koroğlu” stansiyasının "piramida" adlandırılan giriş-çıxışı aprelin 21-dən müvəqqəti olaraq bağlanılacaq. 


Modern.az xəbər verir ki, bu barədə Bakı Metropoliteninin mətbuat katibi Nəsimi Paşayev bildirib.

O qeyd edib ki, stansiyanın digər bütün giriş-çıxışları ("Alov" parkı, Nəqliyyat Mübadilə Mərkəzi, Milli Gimnastika Arenası, avtomobil dayanacağı, şəhərətrafı kənd və qəsəbələrə hərəkət edən elektrik qatarları istiqamətində) açıq olacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü