Modern.az

Qərb mediası Sarkisyan HAQDA: “Qeyri-populyar prezident, oliqarx...”

Qərb mediası Sarkisyan HAQDA: “Qeyri-populyar prezident, oliqarx...”

Dünya

20 Aprel 2018, 13:45

Böyük Britaniyanın “The Economist” nəşri yenicə baş nazir seçilmiş Serj Sarkisyan haqda tənqidi məqalə dərc edib.

 

Modern.az “The Economist”ə istinadən xəbər verir ki, “Ermənistanın qeyri-populyar prezidenti özünü baş nazir etdi” başlıqlı məqalədə Serj Sarkisyanın hakimiyyətdəki fəaliyyəti analiz olunub.

 

“Onillik hakimiyyəti ərzində Sarkisyanın öyünmək üçün heç bir əsası yoxdur: iqtisadiyyat Rusiyadan pul köçürülmələrindən asılıdır, işsizlik 20% təşkil edir, hər 10 ermənidən 3-ü kasıblıqdan aşağı səviyyədə yaşayır və gündə cəmi 2,9 dollar qazanır. Aralarında elə Sarkisyanın özünün də olduğu oliqraxiya isə ölkə sənayesinin əsas sahələrinə nəzarəti əlində saxlayır. İnvestorları isə Ermənistanın daxilindəki korrupsiyadan narahatdır”.

 

“The Economist”ə görə Sarkisyan 2014-cü ildə baş nazir olmaq niyyətini ifadə etmişdi və 2015-ci ilin Konstitusiya dəyişikliklərindən sonra onun əsl niyyəti ortaya çıxmışdı.

“Dəyişikliklər birbaşa prezident seçkilərini ləğv etdi. Eyni zamanda, Serj Sarkisyan baş nazir postunda bütün prezident səlahiyyətlərinə sahibləndi”.

Serj Sarkisyanın baş nazir seçilməsi müxalifət və diasporda da ciddi narahatlıq doğurub.   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı