Modern.az

“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilir

“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilir

20 Aprel 2018, 14:34

Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında "Kütləvi informasiya vasitələri haqqında" qanuna dəyişiklik müzakirə edilir.

 

Modern.az xəbər verir ki, qanunun 21-ci (Kütləvi informasiya vasitəsi məhsulunun yayılmasına icazə) maddəsinin 1-ci bəndi yeni redaksiyada verilib. Dəyişikliyə əsasən, "Reklam haqqında" qanunla reklamı qadağan edilmiş malların istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər sponsor ola bilməzlər.

 

Sponsorun maliyyə yardımı ilə hazırlanmış dövri mətbuat nəşrlərində bu barədə məlumat çap olunmalıdır.

 

Layihədə bildirilib ki, dövri mətbuat nəşrlərdə yayımlanan elanlarda (anonslarda) əmtəə nişanın, reklamvericilərin, sponsorun adının və loqosunun yerləşdirilməsi reklam hesab olunur. 

 

Qanuna edilən əlavəyə əsasən, haqsız, qeyri-dəqiq və gizli reklam “Reklam haqqında" qanunun tələbləri nəzərə alınmaqla təkzib olunur.

 

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı