Modern.az

Fərəc Quliyev deputatların maaşından GİLEYLƏNDİ

Fərəc Quliyev deputatların maaşından GİLEYLƏNDİ

Aktual

24 Aprel 2018, 13:14

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Milli Məclisdə də işlər görülməlidir. Milli Məclis bütün strukturların ağırlığını üzərində çəkən qurumdur. Bəzən deputatlar deyir ki, filan strukturların şöbə müdirlərinin xidməti avtomobilləri var, amma parlamentdə yoxdur. O zaman qəzetlərdə yazırlar ki, Milli Məclisin deputatları maşın istəyirlər.

 

Biz deyəndə ki, maaşlar filan nazirliklərin işçilərindən, dünyanın müxtəlif ölkələrinin parlamentinin deputatlarından aşağıdır, deyirlər ki, başqasını düşünmürlər, ancaq özlərini düşünürlər. Burada isə maddi məsələ yoxdur”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fərəc Quliyev deyib. Deputat bildirib ki, Milli Məclisin haqqıdır ki, 100 illiklə bağlı xatirə medalı olsun.

 

“Burada oturan adamların bu medalla təltif olunması yerinə düşər. Mən müəyyən nazirliklərə bağlı qəbul edilən xatirə medallarını dəstəkləyirəm. Amma hesab edirəm ki, Milli Məclisdə də bununla bağlı işlər aparılmalıdır”.

 

Deputatın təklifinə cavab olaraq Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı Milli Məclisdə bayram tədbiri keçiriləcək. “Bu tədbirə bir sıra qonaqların dəvət olunması nəzərdə tutulur. Düşünürəm ki, medalın təsisi ilə bağlı qaldırdığınız məsələyə bu çərçivədə baxılacaq”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü