Modern.az

Merkel İlham Əliyevi təbrik etdi 

Merkel İlham Əliyevi təbrik etdi 

Aktual

26 Aprel 2018, 13:16

Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkeldən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Modern.az-ın məlumatına görə təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Mən dövlətlərimiz və cəmiyyətlərimiz arasındakı əlaqələrin daha da dərinləşməsini dəstəkləyirəm. Almaniya Azərbaycanı siyasi və iqtisadi modernləşmə yolunda gələcəkdə də tərəfdaş kimi dəstəkləməyə hazırdır.

Ali dövləti vəzifənizdə Sizə uğurlar diləyirəm".

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı