18 yanvar 2019, Cümə
Ana Səhifə - GÜNDƏM - Zorlama xəbərlərindən həzz alanlar…
Zorlama xəbərlərindən həzz alanlar…
26.04.2018, 16:07

Elçin Mirzəbəyli

 

Hər gün sosial şəbəkələrə, xəbər saytlarına nəzər salanda qısa müddətə də olsa tərəddüd edirəm. Düşünürəm ki, görəsən indi hansı neqativ yüklənmiş xəbər sıçrayacaq gözlərimin içinə? Görəsən öz həyatının mənəvi zibilliklərindən ətrafa üfunət püskürən, həyata, onun gözəlliklərinə qəzəbli nakəslərin insan ləyaqətini aşağılayan, əzən, sındıran nə qədər məlumatlarını oxuyacağam? Görəsən “zorlama” ilə bağlı xəbərlərdən manyakcasına həzz alan, körpələrin göz yaşlarından, anaların fəryadından, ataların çat-çat olmuş qürurundan özünə güzaran qurmaq istəyən nə qədər mənəviyyatsızın əxlaq və mənəviyyat haqqında nıqqıldamalarıyla qarşı-qarşıya qalacağam? 

 

İndi kompüterləri, smartfonları internetdən süzülən viruslardan, casus yükləmələrdən qoruya biləcək kifayət qədər proqram var. Amma həyatımızı, mənəviyyatımızı, rahatlığımızı, övladlarımızın gələcəyini, içimizdəki və ətrafımızdakı gözəllikləri sayı gündən-günə artan “xəbər saytları”nın informasiya terrorundan qoruyacaq “proqram” kəşf olunmayıb hələ. Kompyuterə hətta virus düşəndə də onu “format” etməklə yenidən həyata qaytarmaq olur. İnsan mənəviyyatını, düşüncəsini format eləmək olmur axı... Olmur! Tanrı bizə belə bir şans verməyib.

 

Bir neçə gündür xəbər saytlarını, kütləvi informasiya adına iddia edən soysuz media törəmələrinin kiçik yaşlı bir məktəblinin yuxarı sinif şagirdi tərəfindən guya zorlanması barədə iyrənc məlumatları və elə bu məlumatlar qədər iyrənc, başqalarının bədbəxtliyindən həzz almaq asılılığı olan mənəviyyat və əxlaq dağarcıqlarının şərhlərini oxuyuram. Məktəbin adı çəkilir, “zorlanan”ın və “zorlayan”ın hətta neçənci siniflərdə oxuduğu da bildirilir. Kəsəsəsi, indiki halda informasiya terroruna məriz qalan bu iki zavallının nəinki özlərinin, hətta valideynlərinin kimliyini müəyyənləşdirmək üçün gərəkli olan bütün ünvanlar göstərilir... Bircə adlarının açıqlanması qalır, vəssalam. Rəsmi qurumlar “araşdırılır” deyə məlumat yayırlar. Amma orta məktəb şagirdlərinə, məktəbə, təhsilimizə, mənəviyyatımıza, insanlığı insan edən bütün estetik gözəlliklərə, mənəvi dəyərlərə qarşı təxribat, informasiya terroru davam edir. Susmaq bilmirlər. Durmadan, nəfəs almadan tirajlayırlar bu yalan və iyrənc xəbəri. Mən bütün bunların arxasında sağlam, normal düşüncəsi olan adamların dayandığına inana bilmirəm. Sadəcə bir şayiə, kiminsə hansısa məqsədlə uydurduğu çirkin əhvalat ölkənin gündəmini dəyişir. Nəinki yeni medianın soysuz törəmələri, hətta 20-30 illik təcrübəsi olan, özünü az qala Azərbaycan mətbuatının əvəzolunmaz simalarından sayan bəziləri də bu ucuz, bayağı, ikrah doğuran xəbər alverinin könüllü dəllallarına çevrilirlər... Jurnalistikanın qızıl qanunlarını bir kənara qoyuram. Bu xəbəri yayanların mütləq əksəriyyətinin bu prinsiplərdən heç xəbərləri də yoxdur. Bəziləri isə vaxt axarında rəngdən-rəngə düşərək, qabıq dəyişərək bütün qızıl qanunları, müqəddəs tabuları yaddaşlarından əbədilik siliblər. 

 

Xəbər öz təsdiqini tapmadı və sanki qurbağa gölünə daş atdılar. Heç üzrxahlıq etməyə də ehtiyac duymadılar. Sanki belə də olmalıymış. Elə bil bu şər-böhtan dağarcıqlarının, üfunət istehsalçılarının missiyası insanların həyatını zəhərləməkdən, rəsmi qurumların da vəzifəsi təkzib etməkdən ibarətdir. Elə bil bu adamlar bədxah əməllərinə görə cavab verməli, məsuliyyət daşımalı deyillər. Oldu, bitdi... Sonra yenə olacaq və yenə bitəcək. Lənətlənmiş dairə kimi... 

 

Maraqlıdır, görəsən eyni xəbər onu yayan və tirajlayanların övladları, ailə üzvləri barədə yayılsaydı hansı hissləri keçirərdilər? Məsələn, son “zorlama” olayı ilə bağlı xəbəri uyduran və yayan birisi xəbər saytlarını açır və gözünə kiçik yaşlı oğlunun təhsil aldığı məktəbdə baş verən iyrənc hadisə ilə bağlı məlumat sataşır. Məktəb eyni məktəb, sinif eyni sinif, ünvan... eyni ünvan... Uşağı səhər tezdən məktəbə aparıb və hər gün şər-böhtan üyütdüyü “iş yerinə” gəlib.

 

Uşaqla telefon əlaqəsi saxlamaq mümkün deyil. Məktəblə iş yeri arasındakı məsafə isə kifayət qədərdir. Övladının oxuduğu məktəbə çatanadək, tövşüyə-tövşüyə pilləkənlərdən keçib özünü sinif otağına çatdıranadək hansı hissləri, hansı sarsıntıları keçirərdi görəsən...

 

Jurnalist olmaq sadəcə əlinə qələm alıb ağ vərəğə gəlişigözəl sözlər düzmək, kompyüterin önünə keçib xəbərə emosional notlar qatmaqdan, diqqəti cəlb edən başlıq seçməkdən ibarət deyil. Jurnalist olmaq ilk növbədə başqalarının ağrısını hiss etməkdir! Jurnalist olmaq vicdanlı olmaqdı! Jurnalist olmaq körpərin ağrısına məlhəm olmaq, onları qorumaqdır! Jurnalist olmaq insanlığın, mənəvi dəyərlərin, gözəlliklərin, qanunun, hüququn, insan layaqətinin keşiyində dayanmaqdır. Jurnalist olmaq əsl İNSAN olmaqdır!

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Rusiya XİN-dən Bakıya ETİRAZ
18.01.2019, 15:22

Rusiya XİN-dən Bakıya ETİRAZ

“Quş qripinə” görə aparılan monitorinq başa çatıb
18.01.2019, 15:22

“Quş qripinə” görə aparılan monitorinq başa çatıb

Təxliyə edilmiş neftçilər dənizə qaytarıldı
18.01.2019, 15:19

Təxliyə edilmiş neftçilər dənizə qaytarıldı

“Gənclər siyasəti haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq - Deputatdan AÇIQLAMA
18.01.2019, 15:19

“Gənclər siyasəti haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq - Deputatdan AÇIQLAMA

Diaspor Komitəsi Ukraynada azərbaycanlıların birliyini yaradır - Kiyevdə qurultay keçiriləcək   
18.01.2019, 15:10

Diaspor Komitəsi Ukraynada azərbaycanlıların birliyini yaradır - Kiyevdə qurultay keçiriləcək  

Ekologiya Nazirliyi “ifrat təhlükəli” ifadəsinə aydınlıq gətirdi
18.01.2019, 14:51

Ekologiya Nazirliyi “ifrat təhlükəli” ifadəsinə aydınlıq gətirdi

Bizimkilər - Məşhur fotoqrafın oğlu: “Jurnalist olmaq üçün jurnalistikanı oxumaq vacib deyil” - FOTOLAR  
18.01.2019, 14:50

Bizimkilər - Məşhur fotoqrafın oğlu: “Jurnalist olmaq üçün jurnalistikanı oxumaq vacib deyil” - FOTOLAR  

Növbəti 2-3 gün ərzində hava şəraiti mülayimləşəcək, temperatur yüksələcək
18.01.2019, 14:48

Növbəti 2-3 gün ərzində hava şəraiti mülayimləşəcək, temperatur yüksələcək

Deputatlar bu məsələlərin müzakirəsi üçün Strasburqa gedir – SİYAHI
18.01.2019, 14:39

Deputatlar bu məsələlərin müzakirəsi üçün Strasburqa gedir – SİYAHI

Avropalıların “Rədd olsun bir pors, yaşasın yarım pors!” sərsəmliyinə qahmar çıxması
18.01.2019, 14:22

Avropalıların “Rədd olsun bir pors, yaşasın yarım pors!” sərsəmliyinə qahmar çıxması

Azərbaycanda vergi müfəttişləri HƏBS OLUNDU  
18.01.2019, 14:12

Azərbaycanda vergi müfəttişləri HƏBS OLUNDU  

“Nar”-ın “Full” paketlərindən istifadə edən abunəçilərin sayı sürətlə artır
18.01.2019, 14:10

“Nar”-ın “Full” paketlərindən istifadə edən abunəçilərin sayı sürətlə artır

OPEC tədbirlərinin Bakıda keçirilmə vaxtı dəqiqləşdi
18.01.2019, 13:57

OPEC tədbirlərinin Bakıda keçirilmə vaxtı dəqiqləşdi

Qaradağda 17 kq-a yaxın narkotik dövriyyədən çıxarıldı 
18.01.2019, 13:55

Qaradağda 17 kq-a yaxın narkotik dövriyyədən çıxarıldı 

Sabah hava necə olacaq?
18.01.2019, 13:50

Sabah hava necə olacaq?

Nəcməddin Sadıkov: “Ermənistana fürsət verilib ki, düşünsün” - MÜSAHİBƏ
18.01.2019, 13:30

Nəcməddin Sadıkov: “Ermənistana fürsət verilib ki, düşünsün” - MÜSAHİBƏ

Polis Akademiyasında magistratura oxumaq istəyənlərin NƏZƏRİNƏ!
18.01.2019, 13:10

Polis Akademiyasında magistratura oxumaq istəyənlərin NƏZƏRİNƏ!

Azərbaycanda qızılcaya yoluxma qeydə alınıb
18.01.2019, 13:02

Azərbaycanda qızılcaya yoluxma qeydə alınıb

Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı artdı
18.01.2019, 13:00

Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı artdı

Arif Alışanov DANIŞDI: “Sədr kimi vəzifədən getmişəmsə, orada qala bilmərəm” - EKSKLÜZİV
18.01.2019, 12:34

Arif Alışanov DANIŞDI: “Sədr kimi vəzifədən getmişəmsə, orada qala bilmərəm” - EKSKLÜZİV

Bakı Nəqliyyat Agentliyi evakuatorları işə saldı - XƏBƏRDARLIQ
18.01.2019, 12:32

Bakı Nəqliyyat Agentliyi evakuatorları işə saldı - XƏBƏRDARLIQ

İranlı generalın Bakıdan Ermənistana verdiyi MESAJLAR
18.01.2019, 12:30

İranlı generalın Bakıdan Ermənistana verdiyi MESAJLAR

Təxirə salınan dərs günləri tətildən çıxılacaq? - RƏSMİ AÇIQLAMA
18.01.2019, 12:29

Təxirə salınan dərs günləri tətildən çıxılacaq? - RƏSMİ AÇIQLAMA

Gürcüstandakı azərbaycanlılardan “donuz qripi”nə yoluxanlar var
18.01.2019, 12:24

Gürcüstandakı azərbaycanlılardan “donuz qripi”nə yoluxanlar var

“Azərişıq” hələ də gücləndirilmiş rejimdə çalışır   
18.01.2019, 12:21

“Azərişıq” hələ də gücləndirilmiş rejimdə çalışır  

Azərbaycana 40 santimetr hündürlüyündə qar yağdı
18.01.2019, 12:20

Azərbaycana 40 santimetr hündürlüyündə qar yağdı

Ordu bölüklərində şəxsi heyətlə iş üzrə müavin vəzifələri bərpa olundu   
18.01.2019, 12:07

Ordu bölüklərində şəxsi heyətlə iş üzrə müavin vəzifələri bərpa olundu  

BMT Baş katibi Bakı ilə Yerevanın əldə etdiyi razılaşmaları alqışlayıb
18.01.2019, 12:07

BMT Baş katibi Bakı ilə Yerevanın əldə etdiyi razılaşmaları alqışlayıb

Gömrükdə qanunsuz yolla keçirilən telefon aksesuarları aşkarlanıb
18.01.2019, 12:06

Gömrükdə qanunsuz yolla keçirilən telefon aksesuarları aşkarlanıb

Təcili Yardım Xidmətinə 1900 müraciət daxil olub   
18.01.2019, 12:05

Təcili Yardım Xidmətinə 1900 müraciət daxil olub  

“Mavi ölüm” Bakıda 26 nəfəri ZƏHƏRLƏDİ
18.01.2019, 11:55

“Mavi ölüm” Bakıda 26 nəfəri ZƏHƏRLƏDİ

Ukraynadakı Azərbaycan diasporu bir araya gəldi
18.01.2019, 11:54

Ukraynadakı Azərbaycan diasporu bir araya gəldi

“Məmurların təkcə maşınlarını deyil, mənzillərini də ictimai nəzarətə götürmək lazımdır”   
18.01.2019, 11:46

“Məmurların təkcə maşınlarını deyil, mənzillərini də ictimai nəzarətə götürmək lazımdır”  

Ana böyrəyini qızına bağışladı - BAKIDA
18.01.2019, 11:46

Ana böyrəyini qızına bağışladı - BAKIDA

Milli Məclisin daxili nizamnaməsi sərtləşdi - Əleyhinə 63 səs və deputatlığa ƏLVİDA 
18.01.2019, 11:36

Milli Məclisin daxili nizamnaməsi sərtləşdi - Əleyhinə 63 səs və deputatlığa ƏLVİDA 

Dəniz özüllərində vəziyyət stabildir - RƏSMİ
18.01.2019, 11:26

Dəniz özüllərində vəziyyət stabildir - RƏSMİ

“Avropa Parlamentindəki antiAzərbaycan qüvvələrin bu cəhdi də heç bir nəticə verməyəcək”
18.01.2019, 11:14

“Avropa Parlamentindəki antiAzərbaycan qüvvələrin bu cəhdi də heç bir nəticə verməyəcək”

Kombi oğruları saxlanıldı
18.01.2019, 11:12

Kombi oğruları saxlanıldı

Rusiyada qırıcı təyyarə qəzaya uğradı
18.01.2019, 11:08

Rusiyada qırıcı təyyarə qəzaya uğradı

Külək Bakıdakı bu məktəbələrə ziyan vurdu - SİYAHI  
18.01.2019, 11:04

Külək Bakıdakı bu məktəbələrə ziyan vurdu - SİYAHI  

Sumqayıtda 2 gündə 11 nəfər dəm qazından zəhərləndi
18.01.2019, 11:03

Sumqayıtda 2 gündə 11 nəfər dəm qazından zəhərləndi

Fəzada hərbləşmə - ABŞ kosmosda raketlər yerləşdirəcək
18.01.2019, 11:02

Fəzada hərbləşmə - ABŞ kosmosda raketlər yerləşdirəcək

Səssiz-sədasız 250 min lirə bağışlayan Murat Boz...
18.01.2019, 11:00

Səssiz-sədasız 250 min lirə bağışlayan Murat Boz...

Xəzərdə gəmilər növbətçi təyin olunub - AÇIQLAMA
18.01.2019, 10:55

Xəzərdə gəmilər növbətçi təyin olunub - AÇIQLAMA

Tovuzda epizootiya əleyhinə işlərə başlandı
18.01.2019, 10:51

Tovuzda epizootiya əleyhinə işlərə başlandı

Hansı məmurlara xidməti avtomobil veriləcək? - Prezidentdən TAPŞIRIQ - Siyahı hazırlanacaq
18.01.2019, 10:46

Hansı məmurlara xidməti avtomobil veriləcək? - Prezidentdən TAPŞIRIQ - Siyahı hazırlanacaq

Ötən gün yol qəzaları 3 nəfəri həyatından etdi
18.01.2019, 10:41

Ötən gün yol qəzaları 3 nəfəri həyatından etdi

ABŞ-da yaşayan azərbaycanlı kimyaçı... - FOTOLAR
18.01.2019, 10:35

ABŞ-da yaşayan azərbaycanlı kimyaçı... - FOTOLAR

Güclü külək “Azərenerji”nin işinə necə təsir etdi? 
18.01.2019, 10:34

Güclü külək “Azərenerji”nin işinə necə təsir etdi? 

32 min manata civə satmaq istəyən tutuldu
18.01.2019, 10:32

32 min manata civə satmaq istəyən tutuldu

ARXİV